BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

DƏNİZ CƏSURLARI SEVİR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İyunun 29-da Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Respublikası Silahlı Qüvvələrin yaranmasının 100 illiyinə həsr olunmuş üzgüçülük estafeti keçirilib.

İstixəbər.info xəbər verir ki, idmançılar Böyük Zirə adasından Dənizkənarı Milli Park ərazisindəki Saat Qülləsinədək 9800 metr məsafəni qət ediblər.

Bu yarışda Müdafiə, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərini, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərini, Dövlət Gömrük Komitəsini təmsil edən ümumilikdə 6 komandadan 100-dən çox idmançı əməkdaş qələbə uğrunda mübarizə aparıblar.

DİN İdman Cəmiyyətinin İdmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov bildirdi ki, müxtəlif ərazi polis orqanlarında xidmət edən əməkdaşların komanda yarışlarında və belə uzun məsafəyə üzməkdə təcrübəsi olmasa da, onların yüksək fiziki hazırlığı və mübarizliyi “son sözü” demiş oldu. Az vaxtda birgə məşqlər nəticəsində Daxili İşlər Nazirliyinin təmsilçiləri qələbə əzmi ilə qatıldıqları bu estafeti rəqib komandaların idmançılarından daha tez qət ediblər. Finişə Su İdman Sarayının idmançıları ikinci, Dövlət Sərhəd Xidmətinin əməkdaşları isə üçüncü çatıblar.

İdman Cəmiyyətinin komandasını bu yarışa polis mayoru Zaur Məcidov hazırlayıb.

Yarışdan fotoları sizlərə təqdim edirik:

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26