BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Çox heyif, amma şahmat belə məni bezdirir”- Şəhriyar Məmmədyarov


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
“İndicə yuxudan durdum. Burada gecə saat 01:47-dir. Bu gün Karlsonla 5 saatdan çox oyun oynadım və açığı çətin mübarizə oldu. Debutda böyük üstünlüyüm var idi. Sonra bir az vəziyyətim çətinləşdi və üstünlüyü əldən verdim. Buradan bir qənaətə gəldim ki, bir daha 40-45 günlük turnirlərə son qoyacam”.

İstixəbər.info xəbər verir ki, bunu Azərbaycanın şahmat üzrə qrossmeysteri Şəhriyar Məmmədyarov sosial şəbəkədə yazıb. Azərbaycanı dünyada təmsil edən Şəhriyar üzləşdiyi çətinlikləri etiraf edib:

“Gərək az oynayıb özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq əlbəttə ki, biabırçılıqdır. Bu gün jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Utandım deyim ki pul! Deyə bilmədim ki, mənim kimi peşəkar oyunçunun sponsoru yoxdu. Bütün yarışlara öz hesabıma gəlirəm. Buradakı insanların sponsoru var. Amma yenə sabah oyun var. Gərək yenə hazırlaşım. Çox heyif, amma şahmat belə məni bezdirir. Yorulmuşam.

Sabah yenə oynamaq lazımdı! Arada fkirləşirəm bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmır. Azərbaycana sevgim sonsuzdur. Amma heyif ki, mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacam. O zaman isə bu söhbətlər sadəcə mənasız olacaq. Təşəkkürlər diqqətə görə”.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26