BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Çöpçü Rauf” İsmayıllıda narkotiklə tutuldu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Çöpçü Rauf” və dostu İsmayıllıda narkotiklə tutuldu.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, mayın 14-də İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ağbulaq kəndindəki meşəlik ərazidə aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 327 ədəd çətənə bitkisi aşkar edilib.

REKLAM

Davam etdirilən tədbirlər zamanı orada narkotik tərkibli bitkiləri əkib-becərən şəxslərin İsmayıllı şəhər sakinləri Rauf Süleymanlı və Süleyman Mahmudlu olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. “Çöpçü Rauf” ləqəbi ilə tanınan R. Süleymanlıya şəxsi axtarış keçirilən zaman üzərindən sellofan bükümdə ümumi çəkisi 12 qrama yaxın qurudulmuş marixuana da aşkar olunaraq götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

İstixeber.info

44 Baxış sayı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26