BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

CİNAYƏTKARLIQLA MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xaçmaz Rayon Polis Şöbəsinin şəxsi heyəti tərəfindən ilin birinci yarısında danışan RPŞ-nin rəisi, polis polkovniki Nofəl Məhərrəmov bildirdi ki, rayon ərazisində 138 cinayət qeydə alınıb, onlardan 116 açılıb. O cümlədən, ağır, xüsusilə ağır cinayətlərin və şəxsiyyət əleyhinə olan cinayətlərin hamısının açılması təmin edilib. Törədilən cinayətlərin 16 ağır, 92 az ağır, 30 böyük ictimai təhlükə törətməyənlərdir. Qeyri aşkar şəraitdə törədilən 61 cinayətin açılması 98.1 , mülkiyyət əleyhinə olan cinayətlərin açılması göstəricisi 95,8 faiz təşkil edib.
Narkotik vasitələrinin dövriyyəsi ilə bağlı 31 cinayət qeydə alınıb. Narkotiklərlə mübarizə qrupunun əməkdaşlarının keçirdikləri tədbirlərlə 9 fakt satışla, 16 fakt qanunsuz saxlama və 6 fakt qanunsuz kultivasiya yolu ilə becərilməsi ilə bağlı qeydə alınıb. Keçirilmiş tədbirlərdə rayon ərazisində ümumi sayı 2416 ədəd olan 217 kiloqram 942 qram çəkidə çətənə bitkiləri, 1 kiloqram 936 qram qurudulmuş marixuana, 212 qram heroin, 0,435 qram tiryək, 8 ədəd dövriyyəsi qadağan olunmuş güclü təsirə malik sintetik tərkibli narkotik maddə Metadon və 3 ədəd güclü təsirli psixotrop tərkibli Preqabalin dövriyyədən çıxarılıb.

Axtarışda olan 28 təqsirləndirilən şəxsdən 21-i saxlanılmış, itkin düşən 12 nəfərdən isə 9-u tapılaraq ailələrinə təhvil verilmişdir.
Cari ilin ilk altı ayı ərazində Xaçmaz Rayon Polis Şöbəsində xırda talama xətasına dair 126 fakt qeydə alınıb, onlardan 110-u açılıb. Göstərici üzrə dəymiş maddi ziyanın ödənilməsi 91,9 faiz təskil edib.

Qeyd edilən göstəricilərdən əlavə Xaçmaz Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Qrupunun inspektorları tərəfindən rayon ərazisində yerləşən təhsil müəssisələrində mütəmadi olaraq məktəblilərlə maarifləndirici görüşlər keçirilib, şagirdlərə narkotik maddələrin və onların perekursorları, dini radikalizm və erkən nigah haqda profilaktiki söhbətlər aparıblar.

İstixəbər.info İnformasiya Portalı Xaçmaz 2018-ci il

Bölgə müxbiri: Xanlar Cəbrayılov

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26