BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ceyhun Bayramov – Məktəblərdə dinlə bağlı tədris nəzərdə tutulmayıb


Ceyhun Bayramov – Məktəblərdə dinlə bağlı tədris nəzərdə tutulmayıb
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Azərbaycanın orta məktəblərində dinlə bağlı yeni fənnin tədrisi nəzərdə tutulmayıb”.

İstixeber.info xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.

REKLAM

Nazir bildirib ki, Azərbaycanın təhsil standartları qanunvericiliyinə əsasən, orta məktəblərdə din fənninin tədrisi nəzərdə tutulmayıb: “Şagirdlərin yaş kateqoriyalarına uyğun olaraq müxtəlif fənlərdə bu sahəyə aid bilgilərin verilməsi dini tədrisi deyil. Müxtəlif dinlərlə bağlı məlumatlar verilir. Dinlə bağlı bəzi məlumatlara həm tarix, həm də “Həyat bilgisi” dərsliyində rast gəlmək mümkündür”.

C.Bayramov qeyd edib ki, burada yenilik yoxdur: “2018-ci ildən etibarən yeni kurikulum sistemi tədris edilən müddətdən dinlə bağlı bilgilər yuxarıda adları sadalanan dərsliklərdə verilir”.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26