BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Təhsil

1-ci sinfə qəbul üçün 44 880 sorğu yerləşdirilib

Bakı məktəblərinin I sinfinə qəbul üçün elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə 44 880 sorğu yerləşdirilib. Bakı şəhəri üzrə Təhsil İdarəsindən İstixəbər.info saytına bildirilib ki, bu, avqustun 28-i saat 10:30 olan məlumatdır və sənəd qəbulu davam edir. Onlardan 42 306-sı ümumi təhsil məktəblərini, 2 574-ü isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun ...

Read More »

Yeni tədris ili üçün 6 milyondan artıq dərslik çap edilib

2018-2019-cu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib. Təhsil Nazirliyindən İstixəbər.info saytına verilən məlumata görə, şagirdlər dərslikləri sentyabrın 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə edə bilərlər. Nazirlikdən bildirilib ki, dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir. Dərsliklər hər şagirdə 1 tədris ...

Read More »

Qəbul imtahanında 600-dən çox bal toplayanların nəzərinə…

600 və daha yüksək bal toplayan gənclər “İş nömrəsi” və “Şəxsi kabinet”in istifadəçi adından (FİN) istifadə etməklə abiturient.az saytında təqdim olunan anket-sorğu formasını doldura bilərlər. Dövlət İmtahan Mərkəzindən (DİM) İstixəbər.info saytına verilən məlumata görə, mərkəz artıq neçə ildir ki (əvvəlki illərdə TQDK), ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata ...

Read More »

Ən yüksək bal toplayan müəllimlərin adları açıqlandı — SİYAHI

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan müəllimlərin adlarını açıqlayıb. Nazirlikdən İstixəbər.info saytına verilən məlumata görə, bir müəllim ən yüksək bal – 60 bal toplayıb. Beş müəllimin balı isə 58-59 arasında olub. Bildirilib ki, 2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənın birinci mərhələsi üzrə 3692 namizəd işə qəbul edilib. Hazırda boş qalan ...

Read More »

Ali məktəblərə qəbul olan abituriyentlərə XƏBƏRDARLIQ

Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı sabah başa çatır. Dövlət İmtahan Mərkəzindən İstixəbər.info saytına verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 28-i saat 17:00‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər. Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ...

Read More »

Naxçıvanda müəllimlər ilk dəfə test imtahanı verib

Naxçıvan Muxtar Respublikasında müəllimlər ilk dəfə test imtahanı verib. İstixəbər.info xəbər verir ki, imtahanda hər bir namizədə, ümumilikdə, 80 sual olmaqla, ixtisas üzrə 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları üzrə 15 test tapşırığı təqdim edilib. Sualları cavablandırmaq üçün isə 120 dəqiqə vaxt verilib. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə test imtahanlarının videoçəkilişi də aparılıb. Stimullaşdırıcı tədbirlər ...

Read More »

Orta məktəblərdə ilk dərs bu mövzulara həsr olunacaq — Nazir əmr verdi

Ümumtəhsil məktəblərində 2018-2019-cu dərs ilinin ilk dərs məşğələsi ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri – müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq. İstixəbər.info xəbər verir ki, bu, təhsil naziri Ceyhun Bayramovun “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində qeyd edilib. Əmrlə rayon (şəhər) təhsil şöbələrinə, ümumi təhsil müəssisələrinə ...

Read More »

İbtidai Sinif Müəllimlərinin 1. Təhsil Forumu (İSMF-2018)

Yeni tədris ilinin başlaması və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına dəstək olaraq ölkəmizdə ilk dəfə olaraq İbtidai Sinif Müəllimlərinin 1-ci Təhsil Forumu keçiriləcəkdir. İstixəbər.info xəbər verir ki, Forum “Çinar Yayımları” nəşriyyatının təşəbbüsü və Nəsimi rayon İcra hakimiyyəti, Müasir İnnovasiyalar Liseyi , PROAKTİV şirkətinin təşkilatçılığı ilə baş tutacaq. İbtidai Sinif Müəllimlərinin 1-ci təhsil Forumu 8 sentyabr 2018-ci il tarixində məktəbəqədər ...

Read More »

Ceyhun Bayramov məzunları mükafatlandırdı — Qızıl və gümüş medal alanların SİYAHISI

Təhsil naziri Ceyhun Bayramov ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltif edilməsi haqqında əmr imzalayıb. İstixəbər.info xəbər verir ki, əmrə əsasən, 185 məzun qızıl, 38 məzun isə gümüş medala layiq görülüb. 1. Əliyeva Arzu Əhməd qızı – Naxçıvan MR, Naxçıvan şəhəri Heydər Əliyev adına tam orta məktəb 2. Cabbarov Fuad Murad oğlu – Naxçıvan MR, Naxçıvan şəhəri 3 ...

Read More »

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başladı

Bu gündən respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır. İstixəbər.info xəbər verir ki, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində Abşeron, Yevlax, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələri üzrə məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron qaydada – mektebeqebul.edu.az saytı vasitəsi ilə həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə ...

Read More »
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26