BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Təhsil

Şəmkirli məktəbli Aydan Hacıyeva Xorvatiyanın Azərbaycan Respublikasındakı səfirliyində qonaq olub.

Şəmkirli 14 yaşlı balaca qız Xorvatiya Səfirliyində qonaq olan zaman Müvəqqəti İşlər Vəkili Refik Şabanoviçlə görüşüb. İstixəbər.info xəbər verir ki, çox maraqlı söhbət zamanı Aydan Hacıyeva ingilis dilində “Sarı gəlin” mahnısını da səsləndirib. Aydanın savadı, gözəl səsi, Xorvatiyaya olan sevgisi və bu yaşda olan bir məktəblinin bu qədər dünyagörüşlü və məlumatlı olması Səfirlik tərəfindən çox heyrətlə qarşılanıb. Qeyd edək ki, ...

Read More »

Bakıda 300 orta məktəb direktoruna töhmət verildi – 30 direktor işdən çıxarıldı – ŞOK AÇIQLAMA

Təsəvvür edin ki, bu il ərzində Bakı şəhərində yerləşən 317 orta ümumtəhsil məktəbdən 300-nün direktoruna töhmət verilib. Çünki sənədləşdirmə işlərini düzgün aparmayıblar”.  İstixəbər.info xəbər verir ki, bunu İnterpress.az-a açıqlamasında təhsil üzrə eskpert Kamran Əsədov deyib. O bildirib ki, həmin direktorların töhmət almasına səbəb isə sənədləşdirmə işlərini düzgün həyata keçirə bilmədikləri olub: “Onlar sənədləşdirmə işlərini bacarmırlar. Onlar şəffaf yolla direktor təyin olunublar, ...

Read More »

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib. DİM-dən İstixəbər.info-ya verilən məlumata görə, imtahan saat 10:00-da başlayıb və 3 saat davam edib. Qeyd olunub ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun ...

Read More »

İyulun 3-də buraxılış imtahanları keçiriləcək

İyulun 3-də bəzi rayonlarda buraxılış imtahanları keçiriləcək. Dövlət İmtahan Mərkəzindən İstixəbər.info saytına verilən məlumata görə, imtahanlar Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən və Xızı rayonunun ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi və tam orta təhsil səviyyəsi üzrə (9-cu və ...

Read More »

Yevlax rayon məktəblərində “SON ZƏNG” günü qeyd edilib

Təhsil Nazirliyinin əmrinə əsasən , 2017-2018-ci tədris ilinin yekunu ilə əlaqədar bu gün ümumtəhsil məktəblərində “Son zəng” günü qeyd edilir. Bir çox rayonlarda olduğu kimi, Yevlax rayonunda da “Son zəng” tədbirləri təmtəraqlı təşkil edilib. İstixəbər.info xəbər verir ki, rayonun bütün orta məktəblərində keçirilən “Son zəng” tədbirlərində Yevlax Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon Təhsil Şöbəsinin nümayəndələri, məktəblərin müəllim və şagird kollektivi ...

Read More »

Müəllimlərin saathesabı məbləğləri artırılacaq

İstixəbər.info-un məlumatına görə Azərbaycan Respublikası Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”nin yeni cədvəlini təsdiq edib. Nazirlər Kabinetinin qərarına əsasən: bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ...

Read More »

5000 manat pul tapan məktəbli Təhsil Nazirliyi tərəfindən təltif olundu

Tapdığı beş min manatlıq pul kisəsini sahibinə qaytaran məktəbli təltif olunub. İstixəbər.info xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov öz “Facebook” səhifəsində yayıb. O bildirib ki, Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin VIII sinif şagirdi İdris Abbasov bu örnək davranışına görə təhsil naziri Ceyhun Bayramov tərəfindən Təhsil Nazirliyinin “Təşəkkürnamə”si ilə təltif edib. Qeyd edək ki, ...

Read More »

Daha bir məktəb direktoru vəzifəsindən azad edildi – Səbəb?

Seçki günü qanun pozuntusu qeydə alınan məktəbin direktoru vəzifəsindən azad edilib. İstixəbər.info-un axar.az-a istinadən verdiyi məlumata görə, Lənkəran rayonunda yerləşən Həzi Aslanov adına 3 nömrəli məktəbin direktoru Nəzakət Həsənovanın işinə son verilib. Buna səbəb seçki günü sözü gedən məktəbdə baş verən qanun pozuntusu olub. Uzun illərdir 3 nömrəli məktəbə rəhbərlik edən 70 yaşlı direktor N.Həsənovanın seçkiyə məsuliyyətsiz yanaşması və yol ...

Read More »
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26