BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Təhsil

Yevlaxda 15 sentyabr “Bilik Günü” qeyd olundu – FOTOLAR

15 sentyabr yeni tədris ilinin başlanması – Bilik günü respublikamızın bütün bölgələrində olduğu kimi Yevlax rayonunda da yüksək səviyyədə qeyd olunub.  İstixeber.info xəbər verir ki, Yevlax rayon 2 nömrəli tam orta məktəbdə “Bilik Günü” münasibəti ilə tədbir keçirilib. Tədbiri məktəbin direktoru  Sədaqət Şükürova açıq elan etdi. Daha sonra söz Yevlax rayon Təhsil Şöbəsinin müdiri Xaləddin Niftəliyevə verilib. Xaləddin Niftəliyev məktəbin ...

Read More »

Elinanın anasının hər kəsi şok edən yazışması yayıldı – FOTO

Sosial şəbəkədə intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynova ilə qızının ən yaxın rəfiqəsi 9-cu sinif şagirdi Züleyxa Şirinova ilə insanları şok edən yazışması yayılıb. Skrin edilən yazışmada 14 yaşlı məktəblinin anasının qızına olan laqeydliyinin şahidi oluruq. Zulya – Elina özünü 3-cü mərtəbədən atıb. Yuxarı sinif şagirdi oğlan onu əllərinin üstündə direktorun kabinetinə aparıb. Sizi bunu bilirdiz? Sevil xanım, siz məktəbə ...

Read More »

Məktəb direktoru Hesablama Palatası üçün müəllimlərdən pul yığır – FOTO

“Mehman Adıgözəlov direktor təyin olunan gündən – 7-8 ildir, ildə 2 dəfə hər müəllimdən İcra Hakimiyyətinə, Təhsil Nazirliyinə və Hesablama Palatasına vermək adıyla 500-600 manat pul alır” “Sumqayıt təhsil müəssisələrində qanunsuz pul yığımı davam edir, hətta daha da güclənib. Bütün məktəblərdə Sumqayıt Mugam Mərkəzinin tikintisinə görə pul yığılır. Orta məktəblərdə heç olmasa müəllimlər tələb olunan pulun müəyyən hissəsini uşaqlardan yığır, özlərinə ...

Read More »

Ceyhun Bayramov Biləsuvarda yeni məktəbin açılışında – FOTOLAR

Sentyabrın 14-də Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən İstixeber.info-ya verilən məlumata görə, açılışda Təhsil naziri Ceyhun Bayramov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, təhsil ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. Təhsil naziri Ceyhun Bayramov çıxışında “Bilik Günü” və məktəbin açılışı ...

Read More »

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva: “Rayon təhsil şöbələri ilə Təhsil Nazirliyi arasında əməkdaşlığın olması labüddür”

Bəzi məktəblər hər il eyni problemlərlə üzləşdiyinə baxmayaraq, problemlərinin köklü həlli ilə bağlı məsələyə sistemli yanaşmırlar. İstixeber.info xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. Nazir müavininin sözlərinə görə, bu, daha çox hər il məsələyə yenidən qayıtmaq, problemi kökündən deyil, sanki üzərindən keçməklə həll etmək niyyəti daşıyır. Nazir müavini hesab edir ki, bu mənada rayon təhsil şöbələri ilə Təhsil ...

Read More »

Tələbə adı qazanan Qubalı gənclərlə görüş keçirilib – FOTO

Qubada bu il orta məktəb məzunlarından 525 nəfər tələbə adını qazanıb. Onlardan 14 nəfəri qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. İstixeber.info xəbər verir ki, bu fikirləri Qubada yenicə tələbə adını qazanan gənclərlə keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev səsləndirib. Rayon rəhbəri yüksək nəticə göstərən gəncləri təbrik edərək onlara qiymətli hədiyyələr təqdim edib. Son 3 ayda beynəlxalq yarışlarda yüksək ...

Read More »

Nazirlik şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulunu dayandırdı

Yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu 15 sentyabr 2019-cu il tarixindən 15 oktyabr 2019-cu il tarixinə qədər dayandırılacaq. İstixeber.info xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə bildirib. Bununla yanaşı, 15 sentyabr 2019-cu ...

Read More »

Müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb.  Təhsil Nazirliyindən İstixeber.info-ya bildirilib ki, bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 2040 namizəd uğur qazanıb. Müəllim adını qazanmış şəxslər sentyabr ayının 14-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq ...

Read More »

Misir Mərdanov yenidən direktor seçildi

AMEA-nın Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) ümumi yığıncağı keçirilib. İstixeber.info xəbər verir ki, tədbiri giriş sözü ilə açan FRTEB-in akademik-katibi, akademik Nazim Məmmədov gündəlikdəki məsələləri diqqətə çatdırıb. Bildirib ki, bugünkü iclasda bölmənin Fizika, Riyaziyyat və Mexanika, İnformasiya Texnologiyaları, İdarəetmə Sistemləri və Biofizika institutlarında direktor vəzifəsini tutmaq üçün seçkilər keçiriləcək. N.Məmmədov qeyd edib ki, bölmənin elmi tədqiqat müəssisələrinin ...

Read More »

Təhsil nazirinin müavini Firudin Qurbanov Şamaxıda vətəndaşları qəbul edəcək

Təhsil nazirinin müavini Firudin Qurbanov 20 sentyabr 2019-cu il tarixində saat 11:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Şamaxı və Qobustan rayon sakinlərini qəbul edəcək. İstixeber.info xəbər verir ki, qəbulda Şamaxı və Qobustan rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 12-18 sentyabr (saat ...

Read More »
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26