BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Siyasət

İlham Əliyev Məşğulluq Strategiyasını təsdiq etdi

Prezident İlham Əliyev “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. İstixəbər.info-un xəbərinə görə, sərəncamla təsdiq edilmiş Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə əlaqələndirici orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edilir. Nazirlər Kabinetinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, aidiyyəti dövlət orqanları və qurumları ilə birlikdə Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2019-2025-ci illər üçün Tədbirlər Planının layihəsini ...

Read More »

İlham Əliyev Qaxa səfər edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 28-də Qax şəhərində “Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Yurd Hotel” mehmanxanasının açılışında iştirak ediblər. İstixəbər.info xəbər verir ki, dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib. “Ulu Yurd” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Cuma Əhmədzadə burada yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, Qax şəhərindən 8,5 kilometr məsafədə yerləşən mehmanxana, İlisu ...

Read More »

“Bakı Beynəlxalq Humanitar Forumu dünyanı narahat edən problemlərin həlli yollarının tapılması baxımından önəmli platformadır” – SONA ƏLİYEVA

Bakıda “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda VI Beynəlxalq Humanitar Forumun keçirilməsi böyük əhəmiyyətə malikdir. Bu forumda dünyanı narahat edən problemlər və onun həlli yolları geniş müzakirə edildi. İstixəbər.info Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Sona Əliyeva deyib. S.Əliyeva bildirib ki, tədbirdə 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nəfər nümayəndənin iştirak etməsi Humanitar Forumun önəminin göstəricisidir: ...

Read More »

“Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir” – İlham Əliyev

“Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir”. İstixəbər.info-un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Heydər Əliyev Mərkəzində “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxışı zamanı bildirib. “Biz humanitar əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Bu məsələlər dost ölkələrlə həm ikitərəfli formatda, eyni ...

Read More »

Prezident İlham Əliyev: “Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilib”

Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilibdir, o cümlədən söz azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığı, vicdan azadlığı. İstixəbər.info AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: “Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir və ölkəmizdə azad internet fəaliyyət ...

Read More »

Prezident İlham Əliyev Qabriela Baronu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oktyabrın 25-də Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baron ilə görüşüb. İstixəbər.info xəbər verir ki, dövlət başçısı xanım Qabriela Barona VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına və orada çıxışına görə minnətdarlığını bildirib. Xanım Qabriela Baron bu tədbirə dəvət olunduğuna görə təşəkkür edərək Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu bildirib. O qeyd edib ki, bu tədbirdə Meksika parlamentinin ...

Read More »

İlham Əliyev VI Beynəlxalq Humanitar Forumda iştirak edir

Bakıda VI Beynəlxalq Humanitar Forum başlayıb. İstixəbər.info xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev forumda iştirak edir. Tədbir “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusuna həsr olunub. Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nəfər (416 xarici qonaq olmaqla) nümayəndə iştirak edir. Tədbirə BMT baş katibinin iki müavini, İSESCO, İRSİKA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi ...

Read More »

İlham Əliyev dünyanın ən ağıllı robotu ilə görüşüb – Fotolar

Prezident İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. İstixəbər.info xəbər verir ki, dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib. Komplekslə tanışlıq zamanı Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlət başçısına görülən işlər ...

Read More »

Birinci vitse-prezident İmam Hüseyn məscidində – FOTO

Oktyabrın 23-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş İmam Hüseyn məscidinin açılışında iştirak edib. İstixəbər.info xəbər verir ki, məscidin axundu Hacı Əbdül Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya İmam Hüseyn məscidi barədə məlumat verib. Bildirilib ki, məscid 1890-cı ildə xeyriyyəçi Hacı Hacıbala tərəfindən tikilib. 1920-ci ildə bolşevik işğalından sonra məscid bir müddət bağlı ...

Read More »

İlham Əliyev İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib. İstixəbər.info AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi. İstixəbər.info İnformasiya Portalı

Read More »
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26