BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Siyasət

Prezident İlqar Əliyevi vəzifəsindən azad etdi – SƏRƏNCAM

Prezident İlham Əliyev Ağstafa Rayon Məhkəməsinin sədri İlqar Əliyevin vəzifəsinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb. İstixeber.info-nun xəbərinə görə, sərəncamda qeyd edilir ki, İlqar Yadulla oğlu Əliyev Ağstafa Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Xocavənd Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. İstixeber.info

Read More »

İlham Əliyev bu qanunu imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında qrant yardımına dair” Çərçivə Sazişinin təsdiq edilməsi haqqında qanunu imzalayıb. İstixeber.info xəbər verir ki, bununla da 2019-cu il yanvarın 11-də Bakı şəhərində imzalanmış Çərçivə Sazişi təsdiq edilib. İstixeber.info

Read More »

Prezident İlham Əliyev Qoca Səmədovla bağlı SƏRƏNCAM İMZALADI

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qoca Səmədovu yubiley medalı ilə təltif edib. İstixeber.info xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Azərbaycan Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli sərəncamı ilə  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib. İstixeber.info

Read More »

Əli Əhmədov BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda çıxış edib

ABŞ-ın Nyu-York şəhərində səfərdə olan Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunun Nazirlər Seqmentində çıxış edib. Nazirlər Kabinetindən İstixeber.info-ya verilən məlumata görə, o, çıxışı zamanı Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, o cümlədən, inklüziv və bərabər keyfiyyətli təhsilin təmin edilməsi, dayanıqlı iqtisadi artımın, tam və səmərəli məşğulluğun, layiqli işlə təmin olunmanın dəstəklənməsi, “heç kimin geridə qalmaması” prinsipinə ...

Read More »

İlham Əliyev Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Şarl Mişeli təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Şarl Mişelə təbrik məktubu göndərib. İstixeber.info xəbər verir ki, məktubda deyilir: “Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı və dərinləşməsi istiqamətində birgə səylər göstərəcəyik”. Dövlət başçısı Şarl Mişelə möhkəm can sağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib. Avropa Komissiyasının yeni seçilmiş Prezidenti Ursula ...

Read More »

Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim etdi

Azərbaycan ərazisinin 20 faizi hələ də Ermənistan tərəfindən işğal olunub, Ermənistan tərəfindən BMT-nin 4 məlum qətnaməsinin yerinə yetirilməməsi Dayanıqlı İnkişaf hədəflərində qarşıya qoyulan vəzifələrin həllini əngəlləyir. İstixeber.info xəbər verir ki, bu barədə Baş Nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Nyu-Yorkdakı BMT qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda ikinci Könüllü Milli Məruzəni təqdim edərkən ...

Read More »

Prezident İlham Əliyev SƏRƏNCAM imzaladı

Prezident İlham Əliyev sərəncam imzalayıb İstixeber.info xəbər verir ki, Prezident İlham Əliyev Rasim Əliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb Sərəncamla Azərbaycanda memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rasim Həsən oğlu Əliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Qeyd edək ki, R.Əliyevin iyulun 16-da 85 yaşı tamam olur. İstixeber.info

Read More »

İlham Əliyev həmkarını təbrik etdi

Prezident İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçə təbrik məktubu ünvanlayıb. İstixeber.info xəbər verir ki, təbrik mətnində deyilir: “Hörmətli cənab Prezident, Monteneqronun milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Monteneqro arasındakı dostluq və əməkdaşlıq münasibətləri ardıcıl şəkildə inkişaf edərək xalqlarımızın rifahına bundan sonra da töhfələr verəcəkdir. Bu əlamətdar gündə Sizə ...

Read More »

Prezident İlham Əliyev sərəncam İMZALADI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.  İstixeber.info xəbər verir ki, sərəncam Azərbaycan Respublikasının daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədi daşıyır. Sərəncamla Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılıb. Nazirlər Kabinetinə Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirləri ...

Read More »

Mehriban Əliyeva MEDEF Biznes Şurasının prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iyulun 10-da Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö ilə görüşüb. İstixeber.info xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. İstixeber.info

Read More »
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26