BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Siyasət

Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişilik edilməsi ilə bağlı FƏRMAN VERDİ

Azərbaycanda pensiya kapitalı ildə bir dəfə indeksləşdiriləcək. İstixeber.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə fərman imzalayıb. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin qərarına əsasən indeksləşdiriləcək. İstixeber.info

Read More »

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı təbrik edib. İstixeber.info-nun məlumatına görə, Dövlətimizin başçısı təbrikində Qurban bayramının Allahın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi özündə mənəvi birliyi, həmrəyliyi, xeyirxahlığı və dözümlülüyü ehtiva edərək, insanın ən çətin məqamlarda düzgün mövqe seçmək və ülvi amallar uğrunda hər ...

Read More »

Prezident İlham Əliyevdən Tural Kərimli ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Heyətinə sədr və İdarə Heyətinin üzvləri təyin edilib.   Nazirlikdən İstixeber.info-ya verilən məlumata görə, Tural Kərimli İnnovasiyalar  Agentliyinin İdarə Heyətinin sədri, Fariz Quliyev və Ayan Kərimova İdarə Heyətinin üzvləri təyin olunub. Qeyd edək ki, T. Kərimli 1981-ci ildə anadan olub. O, Qafqaz Universitetində beynəlxalq hüquq üzrə bakalavr ...

Read More »

Prezident və xanımı “Nərəkənd”in açılışında – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 7-də Pirallahı rayonunda “Nərəkənd” balıqyetişdirmə kompleksinin açılışında iştirak ediblər. İstixeber.info xəbər verir ki, “CMS Properties” şirkətinin rəhbəri Eyvaz Eyvazov dövlət başçısına və birinci xanıma müəssisə haqqında məlumat verib. Pirallahı adasının girişində təməli Prezident İlham Əliyev tərəfindən 2017-ci ildə qoyulan kompleksin qapalı tipli istehsal sexləri inşa olunub. Ümumi sahəsi altı hektar ...

Read More »

İlham Əliyev Donald Trampa başsağlığı verdi

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib. Başsağlığında deyilir: “Hörmətli cənab Prezident. Texas, Ohayo və İllinoys ştatlarında törədilmiş silahlı hücumlar nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim. Bu dəhşətli hadisələr ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını ...

Read More »

Prezident İlham Əliyev Perulu həmkarını TƏBRİK EDİB

Prezident İlham Əliyev Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexoya təbrik məktubu göndərib. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir. Belə bir əlamətdar gündə Sizə və xalqınıza ən xoş arzularımı yetirirəm”. İstixeber.info

Read More »

Prezident İlham Əliyevdən SƏRƏNCAM

Prezident İlham Əliyevin imzaladığı 23 iyul 2019-cu il tarixli Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri təyin edilib. İstixeber.info-nun məlumatına görə, Sərəncamla Xarici işlər, İqtisadiyyat, Energetika, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Təhsil, Səhiyyə, Mədəniyyət nazirlərinin müavinləri, Dövlət Turizm ...

Read More »

Prezidentdən MÜHÜM SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb. İstixeber.info xəbər verir ki, sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş ...

Read More »

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanuna dəyişiklik etdi

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb. İstixeber.info-nun məlumatına görə, dəyişiklik qanunun 12-ci (Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi) maddəsinə edilir. Maddəyə edilən əlavəyə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda onların hərəkəti məhdudlaşdırıla və ya qadağan edilə bilər. Digər əlavəyə görə, sənət abidələrinin xaricə müvəqqəti aparılması “Tarix ...

Read More »

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi

İyulun 19-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. İstixeber.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Telefon söhbəti zamanı dövlət başçıları ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. İstixeber.info

Read More »
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26