BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şou biznes

Xalq artistinin qızından ŞOK MESAJ: “Gəl görüşək…”

Xalq artisti Rafael Dadaşovun qızı, müğənni Səidə Dadaşova sosial şəbəkədə ona təhqir yazan izləyicilərdən danışıb. İstixəbər.info xəbər verir ki, ifaçı onu təhqir edən izləyicisini söhbətə çağırıb: “Mən susmuram, söyənin cavabını dərhal verirəm. Ya da mesaj yerinə yazıram ki, belə cəsarətlisən, gəl görüşək, təhqiri üzümə de. Sözlərimdən sonra məni “blok”a atırlar. Azərbaycanda tənqid və təhqir olunan yeganə müğənni mən deyiləm. Amma ...

Read More »

Anasının paltarı ilə kamera qarşısına keçdi – FOTO

Müğənni Günay İbrahimli maraqlı bir layihəyə imza atıb.  İstixəbər.info xəbər verir ki, ifaçı anasının gənclik illərində geyindiyi libasla kamera qarşısına keçib. Günay “Instagram” səhifəsində yazıb ki, həmin paltar 1990-cı ilə aiddir: “Əynimdəki bu geyimin, yəqin ki, hansısa məşhur brendin builki kolleksiyası olduğunu düşünəcəksiniz. Amma elə deyil. Bu paltarı mən dünyaya gəlməmişdən qabaq anam istifadə edib. Onun gənclik illərinin paltarıdır, təxminən 1990-ci ilə aiddir. İndi ...

Read More »

Rəqsanənin qızı: Atam məni puluma görə istəyir – VİDEO

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova olub. İstixəbər.info xəbər verir ki, Aysun doğma atası ilə bağlı maraqlı faktlar açıqlayıb: “Doğma atamla “salam-sağ ol”umuz yoxdur. Ata başqa bir şeydir. Yanımdan keçsə, onu tanımaram. Çünki mən atamı 14 yaşımda axtarmışam və tapmışam. Amma o insan məni qəbul etməyib. Mənə deyib ki, mən səni istəmirəm. Mənim sən adda övladım yoxdur. Niyə, ...

Read More »

Səhnəyə motosikletlə gələn Şəbnəmi lağa qoydular – VİDEO

Müğənni Şəbnəm Tovuzlu “Yaşıl Teatr”da “Xəstəyəm” adlı solo konsertlə çıxış edib. İstixəbər.info xəbər verir ki, ifaçı səhnəyə motosikletlə çıxıb. Onun bu görüntüsü marağa səbəb olsa da, gülüşlə qarşılanıb. Müğənnini sosial şəbəkədə də lağa qoyublar. Sözügedən görüntüləri təqdim edirik: İstixəbər.info İnformasiya Portalı

Read More »

Damlanın dörd milyon izlənən klipi “Youtube”dan sildirildi – VİDEO

Müğənni Damlanın ötən ay təqdim etdiyi “Sevmişdim” adlı klipi “Youtube”dan silinib. İstixəbər.info xəbər verir ki, bunu ifaçını oğurluqda günahlandırıb, ona təhqirlər yağdıran müğənni İradə Mehri edib. Belə ki, söz və musiqisi İlkin Həsənə məxsus mahnını ilk dəfə İradə Mehri oxuyub. Damlanın mahnını icazəsiz oxuması isə qalmaqala səbəb olub. İradə “Youtube”a müraciət edərək dörd milyon izlənmə sayı olan videonu sildirib. Qeyd edək ki, Damla məsələ ilə bağlı “Youtube”a ...

Read More »

Rəqsanənin İnstaqram səhifəsi oğurlandı

Müğənni Rəqsanə İsmayılovanın 475 minlik İnstaqram səhifəsi ələ keçirilib. İstixəbər.info axşam.az-a istinadən bildirir ki, bu barədə ifaçının qızı Aysun xəbər yayıb: “Diqqət, Rəqsanə İsmayılovanın səhifəsi oğurlanıb. Sizə gələn mesajlara cavab verməyin. Hamıya təsdiqləmək üçün link göndərir ki, sizin də səhifənizi oğurlaya bilsin. Qətiyyən qəbul etməyin”. İddialara görə, onun səhifəsini türklər ələ keçirib. Hətta hesabın məlumat hissəsinə “Ömər və Burak ələ keçirdi” ...

Read More »

Pərviz Bülbülənin bu görüntüləri rekord qırır – VİDEO

Sosial şəbəkədə tanınmış meyxanaçı Pərviz Bülbülənin maraqlı görüntüləri yayılıb. İstixəbər.info xəbər verir ki, meyxanaçının instagram fenomeni balaca Fərəhlə yayılmış videosu qısa zamanda minlərlə baxış sayı yığıb. Görüntülər sosial şəbəkə vasitəsi ilə yayılıb. Həmin kadrları təqdim edirik: İstixəbər.info İnformasiya Portalı

Read More »

Aygün Kazımova: Sənət üçün riskli addımlarım şəxsi həyatıma ziyan vurub

Xalq artisti Aygün Kazımova ötən gün “Instagram”ın canlı yayımında sualları cavablandırıb. İstixəbər.info xəbər verir ki, Kazımova qalmaqallardan qaçmasına belə münasibət bildirib: “Mən heç vaxt qalmaqallı insan olmamışam. Olub ki, haqqımda nə isə deyiblər, rəylər səsləndiriblər və mən də müdafiə olunmaq üçün hansısa cavabı verəndə böyük qalmaqala səbəb olub. Adətən, qarşı tərəf danışanda elə də böyük söz-söhbət yaranmırdı. Amma mən öz fikrimi bildirəndə məsələ böyüyürdü. Bəlkə ...

Read More »

Nadir Qafarzadə: Fahişələrin 60 faizi “Instagram”dadır – VİDEO

Müğənni Nadir Qafarzadə “Instagram”da paylaşdığı video ilə diqqət çəkib. İstixəbər.info xəbər verir ki, yayılan görüntülərdə müğənni bildirib ki, “Instagram” əxlaqsız saytdır. “18+ sayt olan “Instagram”dan artıq bezmişik. Bic, səviyyəsiz, pozğun, fahişələrin 60-65 faizi buradadır. Bu, 18+ saytdırsa, xəbərdar etsinlər, bilək”, – deyə Qafarzadə söyləyib. Qeyd edək ki, müğənni zaman-zaman emosional çıxışları ilə izləyicilərdə qıcıq yaradır./oxu.az İstixəbər.info İnformasiya Portalı

Read More »

MÜĞƏNNİ “SƏNİ DEYİLƏR”-Ə OYNAYAN MƏHŞURLARI TƏNQİD ETDİ

Müğənni Elvin Abdullayev “Səni deyirlər” mahnısına oynayıb sosial şəbəkədə yayan həmkarlarını tənqid edib.  İstixəbər.info axşam.az-a istinadən bildirir ki, ifaçı bu mahnının sədaları altında oynayanlara səslənib: “Yetər artıq, “Səni deyirlər” adlı sonsuz mahnıya son qoyun. Millət bezdi… Bəsdirin bu mahnını reklam elədiniz. Ara ifaçıları qoyaq kənara, başqa vaxtı efirdə Şövkət Ələkbərovadan, Rəşid Behbudovdan, Müslüm Maqomayevdən yekə-yekə danışan tanınmışlar ayıb deyil sizə?”. ...

Read More »
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26