BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Mədəniyyət

Bu gün dahi Üzeyirin ad günüdür

Bu gün Azərbaycan musiqisinin dahisi sayılan Üzeyir Hacıbəyovun ad günüdür. İstixəbər.info xəbər verir ki, Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulub. Üzeyirin atası Əbdülhüseyin Molla Məhəmməd oğlu Hacıbəyov öz dövrünün savadlı, ziyalı şəxslərindən biri idi. O, XIX əsrin tanınmış dövlət xadimi və şairi, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olmuş və onun Ağcabədidəki ...

Read More »

Ədalət yerini tapdı – FOTO

Qazax rayonunda ustad aşıq Ədalət Nəsibovun anım günüylə bağlı silsilə tədbirlər keçirilib. İstixəbər.info Sputnik Azərbaycan-a istinadən bildirir ki, Qazax Rayon İcra Hakimiyyətinin, “Qazax Xeyriyyə” İctimai Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuş tədbirlər, ustad aşığın rayonun Ağköynək kənd qəbiristanlığında qəbirüstü abidəsinin açılışı ilə başlanıb. Açılışda fəxri qonaqlar, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Qazax ...

Read More »

Qaxda antik dövrə aid yaşayış yeri aşkarlanıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun apardığı tədqiqatlar zamanı Qax rayonunda Qıpçaqtəpə abidəsi aşkarlanıb. İnstitutdan İstixəbər.info-ya verilən məlumata görə, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Taleh Əliyevin rəhbəri olduğu Oğuz-Qax arxeoloji ekspedisiyası tərəfindən Qax rayonu ərazisində aparılan tədqiqatlar nəticəsində Qıpçaq kəndinin cənubunda (Üzümlü-Ağyazı istiqamətində olan şosse yolunun Əyriçay körpüsünə çatmamış, yolun sağ hissəsində, yerli əhali tərəfindən “Əyrinin tapı” (Əyriçayın ...

Read More »

Yevlaxda “Bilik günü” ilə əlaqədar tədbir keçirildi – FOTO

Bütün ölkə ərazisində olduğu kimi Yevlax rayonunda da “Bilik Günü” geniş qeyd edilmişdir. İstixəbər.info xəbər verir ki, tədbirlərdə iştirak edən müəllimlər və valideynlər ölkə rəhbərliyinin təhsilə, təhsil işçilərinə və şagirdlərə göstərdiyi qayğıdan çox razı qaldıqlarını ifadə etmişlər. “Bilik günü” münasibətilə təşkil olunan tədbirlərdə Yevlax Rayon İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının nümayəndələri, Yevlax Təhsil şöbəsinin rəhbərliyi, müəllim, şagird və valideynlər ...

Read More »

Xalq artisti həmkarını göz yaşlarına boğdu – FOTOLAR

İstixəbər.info xəbər verir ki,  uzun müddətdir xəstə yatağında olan xalq artisti, sevilən aktyor və rejissor Ramiz Əzizbəylinin fotolarını təqdim edir. Belə ki, xalq artisti Arif Quliyev həmkarının ziyarətinə yollanıb. Verilişlərdən biri üçün lentə alınan görüşdə kövrək anlar yaşanıb. Arif Quliyevin həmkarı ilə bağlı xatirələri aktyoru göz yaşlarına qərq edib. Həmin fotoları təqdim edirik:/milli.az İstixəbər.info İnformasiya Portalı

Read More »

“Azərxalça”nın Xaçmaz filialında 100-cü xalça kəsilib

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin bu ilin mayında istifadəyə verilən Xaçmazdakı filialının xalça istehsalı emalatxanasında artıq 100-cü xalça kəsilib. Bu barədə İstixəbər.info saytına ASC-dən məlumat verilib. Qeyd edək ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmazdakı filialında əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində toxunan tarixi və orijinal xalça çeşniləri əsasında xalçaların toxunmasına üstünlük verilir. Həmin çeşnilər qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları ...

Read More »

Qəbələ festivalında Qara Qarayevin əsərləri səsləndirilib

X Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 5-də axşam saatlarında Heydər Əliyev Konqres Mərkəzində dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunan kamera musiqisi axşamı təşkil edilib. İstixəbər.info AzərTac-a istinadən xəbər verir ki, konsertdə dahi bəstəkarın “Simli kvartet üçün Kvartettino” (3 hissədə – “Sonatlina”, “Lay-lay” və “Marş”), “Violin və fortepiano üçün Sonata” və iki romansı səsləndirilib. Konsertin əvvəlində çıxış ...

Read More »

Xalq artisti II Fəxri Xiyabanda dəfn olunacaq

Xalq artisti II Fəxri Xiyabanda dəfn olunacaq İstixəbər.info xəbər verir ki, Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi sabah Bakı Musiqi Akademiyasında keçiriləcək. Bu barədə Mədəniyyət nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib. O bildirib ki, bəstəkarla vida mərasimi saat 12-dən 14-dək davam edəcək. Mədəniyyət nazirliyi X.Mirzəzadənin vəfatını böyük itki kimi dəyərləndirib və musiqi ...

Read More »

Şəmkirli məktəbli Aydan Hacıyeva Xorvatiyanın Azərbaycan Respublikasındakı səfirliyində qonaq olub.

Şəmkirli 14 yaşlı balaca qız Xorvatiya Səfirliyində qonaq olan zaman Müvəqqəti İşlər Vəkili Refik Şabanoviçlə görüşüb. İstixəbər.info xəbər verir ki, çox maraqlı söhbət zamanı Aydan Hacıyeva ingilis dilində “Sarı gəlin” mahnısını da səsləndirib. Aydanın savadı, gözəl səsi, Xorvatiyaya olan sevgisi və bu yaşda olan bir məktəblinin bu qədər dünyagörüşlü və məlumatlı olması Səfirlik tərəfindən çox heyrətlə qarşılanıb. Qeyd edək ki, ...

Read More »

“Dostluq körpüsü” II Beynəlxalq folklor rəqs festivalı başa çatıb

“Dostluq körpüsü” II Beynəlxalq Folklor-Rəqs Festivalına Mərdəkan Mədəniyyət Sarayında qala-konsertlə yekun vurulub. İstixəbər.info xəbər.verir ki, festival Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə reallaşdırılıb. Festivala Azərbaycan ilə yanaşı, Rusiya Federasiyası, İran İslam Respublikası, İsrail, Moldova, Latviya və Gürcüstanın rəqs qrupları, ümumilikdə, 400-dən çox iştirakçı qatılıb. Festivalın təşkil olunmasında əsas məqsəd uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə ...

Read More »
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26