BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İqtisadiyyat

M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsi (124-164 km) əsaslı təmir olunur

M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsi (124-164 km) əsaslı təmir olunur. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən İstixəbər.info-ya verilən məlumata görə, təmir-tikinti işləri yüksək keyfiyyətlə davam etdirilir. Əsaslı təmir olunan yolun uzunluğu 40 km, eni isə 13 metrdir. Bura hər iki istiqamət üzrə 2 metr enində çiyinlər və genişləndirildikdən sonra 9 metr enində hərəkət hissə daxildir. Layihə çərçivəsində yol ...

Read More »

Azərbaycanda qızıl bahalaşıb

Mayın 30-da Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb. İstixəbər.infonun məlumatına görə, qızılın qiyməti mayın 29-u ilə müqayisədə 1,3175 manat artaraq 1 troy unsiyası üçün 2207,9005 manat təşkil edib. Gümüş 0,1675 manat ucuzlaşaraq 1 unsiya üçün 27,8146 manata bərabər olub. İstixəbər.infoya görə, platinin qiyməti 0,425 manat azalaraq 1540,013, palladiumun qiyməti 14,0165 manat azalaraq 1660,73 manat təşkil edib. İstixəbər.info

Read More »

260 mənzilin seçimi yenidən təşkil olunacaq

260 mənzilin seçimi yenidən təşkil olunacaq Mənzil İnşaatı Dövlət Agentliyi Bakıda aztəminatlı ailələr üçün inşa edilmiş güzəştli mənzillərin mayın 7-də keçirilmiş elektron bölgüsünün nəticələrini ləğv edib. Agentlik mənzillərin yenidən bölüşdürüləcəyini açıqlayıb. İstixəbər.info İstiPress saytına istinadən verdiyi məlumatına görə, Agentlik bu gün yaydığı açıqlamada bildirir ki, Prezident İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş qaydaya əsasən Mənzil ...

Read More »

Vergilər Nazirliyində kadr dəyişikliyi olub

Vergilər Nazirliyində kadr dəyişikliyi olub. İstixəbər.info-nun  məlumatına görə, nazirliyin Aparat rəhbəri Nigar Alimova tutduğu vəzifədən azad edilib. Onun yerinə mədəniyyət və turizm nazirinin müavini olmuş Nazim Səmədov təyin edilib. N.Alimova isə nazirlikdə yeni yaradılan sənədlərlə iş və vətəndaşların müraciətlərinə baxılması departamentinə (Katiblik) təyinat alıb. İstixəbər.info

Read More »
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26