BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İdman

Güləşçimiz erməniyə qalib gələrək medal qazanıb

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir. İstixeber.info Trend-ə istinadən bildirir ki, güləşçimiz Taleh Məmmədov (63 kq) bürünc medal uğrunda görüşdə ermənistanlı idmançını məğlub edib. Güləşçimiz bundan öncə təsnifat mərhələsində Moldova təmsilçisindən güclü olub. Daha sonra yerli idmançıyla görüş gərgin mübarizə şəraitində keçib və yenə sevinən tərəf təmsilçimiz olub, lakin yarımfinalda Məmmədov Norveç idmançısına yenilib. Digər güləşçimiz Eldəniz ...

Read More »

Kəmaləddin Heydərovun oğlu istefa verdi

Bu gün “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov tutduğu vəzifədən istefa verib.  İstixeber.info xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qeyd edək ki, Tale Heydərov “Qəbələ”nin prezidenti vəzifəsində fəaliyyətə 2006-cı ildə başlayıb. Klub onun dövründə iki dəfə – 2015-2016 və 2016-2017 mövsümlərində Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. “Qırmızı-qaralar” 2013-2014, 2014-2015 və 2015-2016 mövsümlərində Azərbaycan Premyer Liqasında bürünc, ...

Read More »

Meydanda romantik anlar: hakimdən evlilik təklifi – VİDEO

Rumıniyanın dördüncü liqasının matçında yan hakim Mariuş Matitsa köməkçi hakim işləyən Qyorqiya Dumaya evlilik təklifi edib. İstixeber.info oxu.az-a istinadən xəbər verir ki, matç zamanı baş verən maraqlı hadisənin görüntüsü jurnalist Emanuel Rosunun “Twitter” hesabında yayılıb. “Oradya” və “Diosiq” komandaları arasında keçirilən matçın gedişində 22 yaşlı Matitsa qəlbini fəth etmiş Dumaya yaxınlaşaraq qarşısında diz çöküb və “mənə ərə gəlməyə razısan?” deyə ...

Read More »

Dünya çempionu “Shamkir Chess 2019″un qalibi oldu

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinin qalibi müəyyənləşib. İstixeber.info xəbər verir ki, hazırkı dünya çempionu norveçli Maqnus Karslsen sona bir tur qalmış rəqibləri üçün əlçatmaz olub. O, VIII turda Rusiya təmsilçisi Sergey Karyakini məğlub edərək xallarının sayını 6-a yüksəldib. İkinci yerdəki Karyakin isə 4,5 xalda qalıb. Teymur Rəcəbov isə cari turda Hindistan təmsilçisi Vişvanatan ...

Read More »

Qurban Qurbanov: “Rəqib məğlubiyyətə layiq deyildi”

“Gördüyünüz kimi, bizim üçün çətin oyun oldu. “Qəbələ” klubu çox yaxşı oynadı, məğlubiyyətə layiq deyildi” İstixeber.info xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın XXIII turunda səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında deyib. “Futbolçularıma təşəkkür edirəm, belə hava şəraitində düzgün oynadılar. Oyunda surət olmasa da, komandam tapşırıqları yerinə yetirməyə ...

Read More »

“Qarabağ” “Qəbələ”ni 2-1 hesabı ilə məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib. İstixeber.info-nun məlumatına görə, turun mərkəzi görüşündə “Qəbələ” və “Qarabağ” komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1. Hesabı 3-cü dəqiqədə “Qarabağ”ın müdafiəçisi Donald Gerrye açıb. 23-cü dəqiqədə Rauf Əliyev bərabərlik qolunu vurub. 79-cu dəqiqədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Dani Kintananın ...

Read More »

“Yuventus” qalib gəlib, “Milan” xal itirdi

İtaliya A seriyasında XXX tura start verilib. İstixeber.info xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib. “Milan” öz meydanında “Udineze”ni qəbul edib. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan milanlılar ev oyunundan xal itkisi ilə ayrılıblar – 1:1. A seriyasının lideri “Yuventus” isə növbəti qələbəsini qazanıb. Turin təmsilçisi səfərdə “Kalyari”ni məğlubiyyətə uğradıb – 2:0. Qeyd edək ki, turun digər oyunları ...

Read More »

Azərbaycanlı idmançı narkotik istifadə edərkən görüntüləndi – ŞOK VİDEO

Taekvondo üzrə milli komandanın keçmiş üzvü, bir sıra beynəlxalq yarışların mükafatçısı Nicat Fərəcovun növbəti qeyri-etik videosu yayılıb. İstixeber.info-nun əldə etdiyi məlumata görə, son zamanlar sosial şəbəkədə “viner” kimi də məşhurlaşan keçmiş idmançı narkotik istifadə etməsini videoya çəkib. Hətta N.Fərəcov ona söyüş söyən dostlarına “mən Azərbaycanın fəxriyəm” deyib. Xatırladaq ki, keçmiş taekvondoçu başqa bir qalmaqallı görüntü ilə də gündəmə gəlmişdi. Belə ...

Read More »

Xorvatların qapısına vurulan o gözəl qol.Foto,video

İstixeber.info xəbər verir ki,futbol üzrə Azərbaycan milli komandası dünən  AVRO-2020-nin seçmə oyununda Xorvatıya ilə  görüş keçirib.Millimizin oyunçusu Şeydayevin vurduğu o gözəl qolu siz oxuculara yenidən təqdim edirik.. İstixeber.info

Read More »

Xorvatiya prezidenti millimizin oyununda

Avropa çempionatının seçmə mərhələsinin E qrupunda hazırda davam edən Xorvatiya – Azərbaycan oyununu canlı izləyənlər arasında meydan sahibi ölkənin prezidenti Kolinda Qrabar-Kitaroviç də var. İstixeber.info qol.az-a istinadən xəbər verir ki, xanım prezident matça “Maksimir” stadionundan baxır. Qeyd edək ki, hazırda görüşdə hesab açılmayıb. İstixeber.info

Read More »
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26