BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İdman

Qurban Qurbanov: Belə məğlubiyyətlər olmalıdır

Bəli, məğlub olduq, ancaq çox yaxşı oynadığımızı düşünürəm. İstixəbər.info xəbər verir ki, bunu “Qarabağ” – “Arsenal” oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib: “Rəqibdən çəkinmədən mübarizə apardıq. Oyunçularıma təşəkkür etdim. Azərkeşlərə də çox təşəkkür edirik. Böyümək üçün belə məğlubiyyətlər olmalıdır”. O bildirib ki, xeyli sayda qol epizodları olsa da, “Qarabağ” onlardan istifadə edə bilməyib. “Arsenal”ın son ...

Read More »

“Qarabağ” – “Arsenal”: biletlər satıldı

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək “Qarabağ” – “Arsenal” (İngiltərə) matçına bilet satışı davam edir. İstixəbər.info xəbər verir ki, sportal.az-a klubdan verilən məlumata görə, qarşılaşma üçün satışa çıxarılan bütün biletlər satılıb. Yalnız çox az sayda VİP biletlər qalıb. 69,700 nəfərlik azarkeş tutumuna malik olan Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” oyunu bu gün saat 20:55-də başlayacaq. İstixəbər.info İnformasiya Portalı

Read More »

Azərbaycanda faciə: futbolçu qəzada öldü – FOTO

“Sumqayıt” FK-nın U-15 komandasının futbolçusu Ayxan Qasımov avtomobil qəzası nəticəsində dünyasını dəyişib. İstixəbər.info-un xəbərinə görə, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib. “Sumqayıt” Futbol Klubu futbolçumuzun vəfatından kədərləndiyini bildirir və ailəsinə başsağlığı verir. Xatırladaq ki, hadisə oktyabrın 2-si, saat 10:00 radələrində baş verib. Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Fəxrəddin Bəşirov idarə etdiyi “İSUZU” markalı avtomobillə yolun kənarı ilə gedən qəsəbə sakinləri Ayxan Qasımovu və Rasim ...

Read More »

Voleybolçularımız DÇ-də qələbə qazandılar

Qadınlardan ibarət Azərbaycan voleybol millisi Yaponiyada keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb. İstixəbər.info xəbər verir ki, Faiq Qarayevin yetirmələri “C” qrupunda Cənubi Koreya yığmasından daha güclü olub – 3:1 (25:18, 25:18, 23:25, 25:18). Xatırladaq ki, dünən idmançılarımız amerikalılara 0:3 hesabı ilə məğlub olublar. Oktyabrın 2-də Azərbaycan komandası Rusiya ilə qarşılaşacaq. Daha sonra voleybolçularımızı Trinidad və Tobaqo və Tailand kollektivləri ilə matçlar gözləyir. İstixəbər.info ...

Read More »

“Qarabağ”la oyun öncəsi “Arsenal”ın əsas qapıçısı zədələndi – FOTO

İngiltərənin “Arsenal” komandası Avropa Liqasının II turunun “Qarabağ”la səfər görüşü öncəsi daha bir itki ilə üzləşib. İstixəbər.info Oxu.Az-a istinadən xəbər verir ki, komandanın əsas qapıçısı Petr Çex topu oyuna daxil edərkən zədələnib. Çexiyalı qolkiper dərhal əvəzlənməsini tələb edib. Nəticədə Çex 45-ci dəqiqədə almaniyalı qapıçı Bernd Leno ilə əvəzlənib. Əvəzində isə Bakı səfəri öncəsi zədəsi olanlardan sol cinah müdafiəçisi Sead Kolaşinats və erməni yarımmüdafiəçi Henrix Mxitaryanzədələrini sağaldıblar. Hər iki futbolçu ...

Read More »

Azyaşlı karateçimiz beynəlxalq turnirdə bürünc medal qazanıb

Azyaşlı karateçimiz beynəlxalq turnirdə bürünc medal qazandı. İstixəbər.info xəbər verir ki, Bakı Karate-do Akademiyasının azyaşlı idmançısı Maksudlu Rza (6-7 yaş, -20 kq) çəki dərəcəsində Baku Open – 2018 Beynəlxalq Karate turnirində 26 idmançı arasında 3-cü yerdə qərarlaşaraq, bürünc medal qazanıb. Qeyd edək ki, Maxsudlu Rza may ayında Gürcüstanda Georgia Open – 2018 beynəlxalq karate turnirində gümüş medal qazanmışdır, həmçinin Respublika ...

Read More »

“Qarabağ” – “Arsenal” oyununa 30 mindən çox bilet satılıb

Avropa Liqasında “Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında keçiriləcək II tur matçına indiyədək satılan bilet sayı açıqlanıb. İstixəbər.info Ağdam klubunun rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, artıq 30 mindən çox bilet sahibini tapıb. Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Onları Qarabağ FK ...

Read More »

İlham Əliyev və Putin cüdo yarışlarını izləyiblər – FOTO

Bakıda cüdo üzrə dünya çempionatı davam edir. Sentyabrın 27-də, çempionatın sonuncu – səkkizinci günündə qarışıq komanda yarışları keçirilib. İstixəbər.info xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Milli Gimnastika Arenasında keçirilən qarışıq komanda yarışlarına baxıblar. Mübarizəyə 1/8 final mərhələsindən başlayan Azərbaycan millisinin ilk rəqibi Avstriya komandası ...

Read More »

Qusarın 49 illik stadionu yenilənir – FOTO

Stadion təmirdən sonra 2655 tamaşaçı tutumuna malik olacaq. Qusar şəhərində 1969-cu ildə inşaa edilən stadionun yenidən qurulmasına başlanılıb. İstixəbər.info İstiPress-in məlumatına istinadən xəbər verir ki, köhnə stadionun tutumu çox olmayıb. Yenidənqurmadan sonra isə tamaşaçı tutumu problemi olmayacaq. Adıçəkilən məkanda təmir işləri bir neçə ay öncə başlayıb. İnşaat işlərini aparan tikinti təşkilatı ilə əlaqə saxlamaq cəhdlərimiz alınmasa da, Qusar icra hakimiyyətindən stadionla ...

Read More »

“Qarabağ” “Qəbələ”ni darmadağın etdi – VİDEO

Azərbaycan Premyer-Liqasında beşinci tura yekun vurulub. İstixəbər.info-un məlumatına görə, turun son qarşılaşmasında son çempion “Qarabağ” “Azərsun Arena”da  “Qəbələ” komandasını qəbul edib. Matç Qurban Qurbanovun yetirmələrinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində Abdullah Zubir dubla imza atıb (31 və 73-cü dəqiqələrdə), hərəyə bir dəfə isə Araz Abdullayev (45) və Delarj (62) fəqrləniblər. Qonaqların yeganə qolunu 90-cı dəqiqədə Rasim Ramaldanov vurub. Turun digər qarşılaşmalarında “Sumqayıt” səfərdə “Keşlə”ni 2:1 ...

Read More »
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26