BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Hadisə

Erməni snayperləri yük maşınını atəşə tutdu

Ermənistan mətbuatının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində atəşkəs rejiminin pozulması barədə məlumatla əlaqədar bildiririk ki, təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib. İstixeber.info-ya bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqa­mətdə hərəkətdə olan “Ka­maz” markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avto­mobilin ...

Read More »

Azərbaycanın hərbi təyyarəsi dənizə düşdü

İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İstixeber.info-ya bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin ...

Read More »

Bərdədə məcburi köçkünlərin yaşadığı ev yandı- XƏSARƏT ALAN VAR

Bərdə rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib. İstixeber.info-ya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Qırmızı Samux qəsəbəsində baş verib. Belə ki, ümumi sahəsi 270 m² olan tikilinin (məcburi köçkünlər məskunlaşıb) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və ümumi sahəsi 70 m² olan evin mətbəxinın tavanı və içərisindəki əşyalar 12 m² sahədə yanıb. Yanğın ...

Read More »

Şamaxıda taxıl biçən kombayn dağdan yuvarlandı – FOTO

Şamaxı rayonu ərazisində taxıl biçən kombayn dağlıq ərazidə anidən aşıb. Hadisə şahidlərindən aldığımız son məlumata görə, hadisə nəticəsində xəsarət alan olmasada texnikaya ziyan dəyib. Qeyd edək ki, dağlıq ərazilərdə belə hallar tez -tez baş verir. Taxıl zəmiləri releyfi düz olmayan yerlərdə əkildiyindən belə sahələrin biçilməsində də problemlər yaranır. Texnika sahibləri isə belə ərazilərə çox vaxt kombayn salmaqdan çəkinirlər. İstixeber.info Şamaxı

Read More »

Bərdədə iki nəfəri ilan sancdı

Bərdə rayonunda iki qadını ilan sancıb, vəziyyətləri ağırdır İstixeber.info “Report”a istinadən xəbər verir ki, rayonun Lənbərən kənd sakini, 1983-ci il təvəllüdlü Gülnarə Bayramova və rayonun Əyricə kənd sakini 1968- ci il təvəllüdlü Südabə Əsgərovanı ilan sancıb. Hər iki qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Hər iki şəxs travmatologiya şöbəsinə yerləşdirilib. Hər iki yaralıya lazımı tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətinin ...

Read More »

Ermənilər Rəşid Behbudovun qızına hücum çəkdilər – VİDEO

Əfsanəvi azərbaycanlı müğənni Rəşid Behbudovun qızı, əməkdar artist Rəşidə Behbudova özünün sosial şəbəkə hesabında ermənilərin ünvanına sərt ifadələr səsləndirib. İstixeber.info xəbər verir ki, Rəşidə xanımın sözügedən paylaşımı ermənilərin kəskin reaksiyasına və sosial şəbəkə üzərindən hücumuna səbəb olub. Rəşidə xanımın həyat yoldaşı Kamil Şahverdinin sözlərinə görə, ermənilər sözügedən paylaşımı kütləvi surətdə şikayət edərək, Feysbuk-dan sildirib. Həmçinin Rəşidə xanımın sosial şəbəkədəki hesabında bir ...

Read More »

DİN aksiya keçirmək istəyən jurnalistlərlə bağlı MƏLUMAT YAYDI

İyulun 22-də – ölkədə Milli Mətbuat Gününün qeyd edildiyi bir vaxtda əsas vəzifəsi cəmiyyəti operativ, obyektiv və dolğun informasiya ilə təmin etməli olan bir neçə media təmsilçisi öz peşə borclarını yerinə yetirmək əvəzinə, ictimai diqqəti üzərlərinə çəkmək məqsədi ilə söz, mətbuat və ifadə azadlığı ilə heç bir çərçivəyə sığmayan hərəkətlərə yol veriblər. Bildiririk ki, medianın inkişafı üçün üçün dövlət tərəfindən ...

Read More »

Azərbaycanda dəhşət! – 6 nəfəri xilas etdi, özü boğuldu

Qızıl Qum çimərliyində bir nəfər dənizdə boğulub. İstixeber.info oxu.az-a istinadən xəbər verir ki, hadisə Qızıl Qum Sularda Xilasetmə Məntəqəsindən 700 metr kənarda qeyri-çimərlik ərazisində baş verib. Ərazidə yerləşən obyektlərin birində ofisiant işləyən Tovuz sakini gənc oğlan dənizdə 5-6 nəfərin boğulduğunu görüb və onları xilas etmək üçün dənizə daxil olub. Xilasedicilər əraziyə gələn zaman həmin şəxslər xilas olunub, lakin gənc oğlan ...

Read More »

Gəncədə dəmiryolu vağzalında 2 vaqon yanır

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda Dəmiryolu vağzalının ərazisində ehtiyat xətdə dayanmış 2 vaqonda yanğın olması barədə məlumat daxil olub. İstixeber.info-nun FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək. İstixeber.info

Read More »

ŞƏMKİRDƏ DƏHŞƏTLİ QƏZA! “VAZ 21 06” “KAMAZ” la toqquşdu – XƏSARƏT ALAN VAR

Şəmkirdə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. İstixeber.info xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsi yolunda baş verib. “VAZ 21 06” markalı minik avtomobili “KAMAZ” markalı yük maşını ilə toqquşub. Hadisə zamanı minik avtomobilini idarə edən Namazov Ələsgər Əli oğlu ağır bədən xəsarətləri alıb. Həkimlər sürücünün qolunu amputasiya edib. İlkin məlumata görə, qəzaya yüksək surət səbəb olub. Faktla bağlı ...

Read More »
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26