BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Gündəm

Əks yola çıxdı, piyadanı vurdu – VİDEO

Zabrat qəsəbəsində piyada vurulması ilə nəticələnən növbəti yol nəqliyyat hadisəsi oxucularımızdan birinin videoregistratorunun görüntülərinə düşüb. İstixeber.info xəbər verir ki, 06 avqust 08:21 radələrində 99 RZ 697 dövlət qeydiyyat nişanlı Nexia markalı taksi sürücüsü tam olaraq əks yola çıxıb sürətli hərəkət edib. Bu zaman yolu keçməkdə olan piyada qadın hərəkət axını tərəfdən gələn nəqliyyat vasitələrinin olmadığına əmin olub yolu keçir. Amma ...

Read More »

SON DƏQİQƏ! Toyda 72 nəfər zəhərləndi – QƏBƏLƏDƏ

Bu gün axşam saatlarında Qəbələ rayonu Zərgərli kəndində keçirilən toy mərasimi zamanı qonaqlardan 72 nəfəri qidadan zəhərlənib.  İstixeber.info xəbər verir ki, zəhərlənən şəxslərdən 40 nəfəri Qəbələ rayon Mərkəzi Xəstəxanasına, 32 nəfəri Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib. Hər iki tibb müəssisəsi gücləndirilmiş iş rejimində çalışıb, səhiyyə işçilərinin səyi nəticəsində xəstələrdən böyük əksəriyyətinin vəziyyəti normallaşıb və onlar ambulator müalicə üçün evə buraxılıblar. Faktla bağlı ...

Read More »

Bakıda 2-ci qrup əlil İnfiniti cipi ilə “avtoşluq” etdi və… – FOTOLAR

Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İstixeber.info-ya verilən məlumata görə, Ağdam rayon sakini Əliyev Loğman Ramiz oğluna 99 SP 502 dövlət qeydiyyat nişanlı “İnfiniti FX 35” markalı avtomobillə hərəkətdə olan zaman yol polisləri tərəfindən ona ...

Read More »

Növbəti “Maşın” nə vaxt olacaq?

Xalq artisti Murad Dadaşovun məşhur “Maşın” şousu yenidən başlayacaq. İstixeber.info-nun əldə etdiyi məlumata görə, yarışma bu dəfə oktyabrda keçiriləcək. Yenə də məşhur simalar avtomobil uğrunda mübarizə aparacaqlar. Qeyd edək ki, “Maşın”ın 17-ci buraxılışından sonra M.Dadaşov şoudan getmək istədiyini bildirib. O, açıqlamasında “Sonuncu şou çox enerjimi aldı. Ən maraqlı sürətlərdən hesab edirəm. Bu qədər təəccübləndiyim olmamışdı. “Maşın” şounun növbəti buraxılışına biz ...

Read More »

Azərbaycanda rəzalət! – Qadın ərinin bibisi oğluna qoşulub qaçdı, övladlarını isə…

Bərdədə baba və nənəsi tərəfindən xəstəxanaya atılan uşaqlara ataları sahib çıxıb.  İstixeber.info xezer.tv-yə istinadən xəbər verir ki, uşaqların atası, Bərdənin Körpüqıran kənd sakini Sərxan Kərimov hadisədən xəbərsiz olduğunu bildirib. Hadisədən xəbər tutan ata Sərxan Kərimov dərhal xəstəxanaya müraciət edərək uşaqlarını geri götürüb. Rayon icra hakimiyyəti nümayəndələri və hüquq-mühafizə orqanlarının iştirakı ilə sənədləşmə işləri aparıldıqdan sonra hər iki uşaq atasına təhvil verilib. ...

Read More »

Şamaxıda taxıl biçən kombayn dağdan yuvarlandı – FOTO

Şamaxı rayonu ərazisində taxıl biçən kombayn dağlıq ərazidə anidən aşıb. Hadisə şahidlərindən aldığımız son məlumata görə, hadisə nəticəsində xəsarət alan olmasada texnikaya ziyan dəyib. Qeyd edək ki, dağlıq ərazilərdə belə hallar tez -tez baş verir. Taxıl zəmiləri releyfi düz olmayan yerlərdə əkildiyindən belə sahələrin biçilməsində də problemlər yaranır. Texnika sahibləri isə belə ərazilərə çox vaxt kombayn salmaqdan çəkinirlər. İstixeber.info Şamaxı

Read More »

“Hər şey görmüşdüm, bircə bunu görməmişdim” – Abid Şərifov işdən çıxarılan jurnalistdən DANIŞDI

Sosial şəbəkələrdə “Kanal13″ün əməkdaşı Nurlan Librenin Baş nazirin keçmiş müavini Abid Şərifovun avtomobilinin üzərinə çıxaraq onun hərəkətinə mane olmasını əks etdirən görüntüləri müzakirələrə səbəb olub. İstixeber.info xəbər verir ki, məsələ ilə bağlı Abid Şərifov Modern.az-a açıqlamasında geniş danışmaq istəməsə də, ilk dəfə belə halla rastlaşdığını dilə gətirib: “Hər şey görmüşdüm, bircə bunu görməmişdim ki, müsahibə almaq üçün maşının üstünə çıxsınlar. Bunlar ...

Read More »

Abid Şərifovun avtomobilinin üstünə çıxan jurnalist işdən çıxarıldı – FOTO

Jurnalist Nurlan Libre Kanal-13 internet televiziyasındakı işindən çıxarılıb. İstixeber.info xəbər verir ki, bu haqda telekanalın rəhbəri Anar Orucov sosial şəbəkədə yazıb. O baş nazirin keçmiş müavini Abid Şərifovun avtomobilinin üstünə çıxan əməkdaşını işdən uzaqlaşdırdığını deyib: “Abid Şərifovun etdiyi hərəkətə verdiyi adekvat cavabdan sonra Nurlanla bunu kollektivdə ciddi müzakirə etdik, qınadıq və mən ona rəsmi xəbərdarlıq etdim. Ona görə yox ki, ...

Read More »

DİN aksiya keçirmək istəyən jurnalistlərlə bağlı MƏLUMAT YAYDI

İyulun 22-də – ölkədə Milli Mətbuat Gününün qeyd edildiyi bir vaxtda əsas vəzifəsi cəmiyyəti operativ, obyektiv və dolğun informasiya ilə təmin etməli olan bir neçə media təmsilçisi öz peşə borclarını yerinə yetirmək əvəzinə, ictimai diqqəti üzərlərinə çəkmək məqsədi ilə söz, mətbuat və ifadə azadlığı ilə heç bir çərçivəyə sığmayan hərəkətlərə yol veriblər. Bildiririk ki, medianın inkişafı üçün üçün dövlət tərəfindən ...

Read More »

“Mən sənə verdim…” – Elzadan yeni şeir

İstixeber.info Əməkdar artist Elza Seyidcahan yeni  “Metamorfozlar” adlı yeni şeirini oxuculara təqdim edir. Elə bilirsən , Səni məndən soruşmurlar? -Hanı o? O hanı? —Danışmıram, Eşqimizin faydasıdır, susuram. —Elə adamları sevdim ki, Səni sevdiyimdən Betər. Görürsən? Hec yadıma düşmürlər, Unuduram. Gəlmirlər,getmirlər, Öpmürlər,sevirlər. Sən də, elə. öləcəksən dərdimdən. Cıxacaqsan, yaddaşımın ruhundan, birdəfəlik. İkidəfəlik olmur. Sevgi olur birdəfəlik. Gəldi, gördü, sevdi, oldu, Bitdi, ...

Read More »
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26