BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Dünya

Türkiyədə 40-a yaxın miqrant saxlanıldı

Türkiyənin sahil-mühafizə xidməti Aydın vilayəti yaxınlığında 38 qeyri-leqal miqrantı saxlayıb. İstixəbər.info xəbər verir ki, saxlanılanlar Mərkəzi Afrika Respublikası, Suriya, İraq, Somali vətəndaşları olub. Qeyd olunur ki, miqrantlar qeyri-leqal yollarla Yunanıstana keçməyə çalışıb. Miqrantların Türkiyədən deportasiya olunacağı gözlənilir. İstixəbər.info İnformasiya Portalı

Read More »

Azərbaycanda Türkiyə prezidenti və parlamenti seçkilərində 6000-ə yaxın seçici səs verəcək-Səfir Erkan Özoral

Bu gün 60 xarici ölkədə Türkiyə prezidenti və parlamenti seçkilərində səsvermə keçirilir. Bunu bu gün Bakıda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral İstixəbər.info saytına deyib. Səfir bildirib ki, Bakı ilə yanaşı səsvermə Türkiyənin Naxçıvanda və Gəncədəki baş konsulluqlarında keçirilir: “Bakıda 5 minə yaxın, Naxçıvanda – 600-dan çox, Gəncədə isə 200-dən çox seçinin səs verəcəyi gözlənilir”. Özoral həmçinin bildirib ...

Read More »

Məhbuslar Dünya Çempionatına görə aclıq aksiyası keçirdi

Argentinada məhbuslar 2018 Dünya Çempionatına baxmalarına icazə verilməsi üçün aclıq aksiyası keçirirlər. Hadisə Argentinanın Puerto-Madrin şəhər həbsxanasında baş verib. “Publimetro” nəşrinin məlumatına görə həbsxanada artıq 3 gündür ki, televiziya kabeli zədələnib. Müəssisənin əməkdaşları isə onu təmir etmək istəmirlər. “Biz bu problemin həllinə qədər günorta və axşam yeməklərindən imtina etmək qərarı qəbul etmişik” – məhbuslar bəyan ediblər. Şəhər məhkəməsi bu işə ...

Read More »

İranın Tehran vilayətində güclü yağışlar və qasırğa nəticəsində 18 nəfər xəsarət alıb

İranın Tehran vilayətində güclü yağışlar və qasırğa nəticəsində 18 nəfər xəsarət alıb. IRNA agentliyinə istinadən verilən məlumata əsasən, xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Qeyd olunur ki, küləyin sürəti saatda 83 km-ə çatır. Məhz bu külək və güclü yağış ağacların və elektrik dirəylərin qırılmasına gətirib çıxarıb. Həmçinin bəzi binaların fasadları da dağılıb. İstixəbər.info İnformasiya Portalı

Read More »

Paşinyanın iqtidarı zəifdir, Qarabağ danışıqlarına hazır deyil

Ermənistanın yeni xarici işlər naziri, Nikol Paşinyanın qərbyönlü kadrlarından sayılan Zoqrab Mnatsakanyanın ilk Moskva səfəri uğursuzluğa tuş gəldi. Erməni XİN başçısı xüsusən də Dağlıq Qarabağdakı separatçı rejimi birbaşa danışıqlara tərəf kimi qoşmaqla bağlı Rusiyadan umduğu dəstəyi ala bilmədi və əli ətəyindən uzun geri qayıtdı. Kreml məsələyə, yumsaq desək, isti yanaşması və Bakının razılığının vacib olduğunu söyləməklə, Bakını “nişan verməklə” erməni tərəfini əməllicə ...

Read More »

“Biz onların hər birini, bizim Moskvada görməyə şad olarıq” – Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın Rusiyanın G8 zirvəsinə qaytarılması barədə fikirlərinə reaksiya verib. Putin ölkəsinin G8-dən çıxmadığını qeyd edib. İstixəbər.info xəbər verir ki, “Məlum səbəblərə görə, həmkarlarımız Rusiyaya gəlməkdən imtina ediblər. Buyursunlar, biz onların hər birini, bizim Moskvada görməyə şad olarıq”, – Putin bildirib. Putin həmçinin BVF-nin göstəricilərinə əsasən artıq Şanxay Əməkdaşlıq Təşkiları ölkələrinin alıcılıq gücü paritetinə ...

Read More »

Müsəlman gənc Amerikada hamını göz yaşlarına qərq etdi … Video

İstixəbər.info xəbər verir ki, bir çox dünya ölkələrin özlərinə məxsus talant şou televiziya programları var. Deməli  bu yarışmada istedadı, bacarığı, səsi olan insanlar iştirak edir öz bacarıqlarını göstərirlər. Həmin şou programlar da tv-lər vasitəsi ilə yayımlanır. Bu yarışmaların içində ən çox baxılan və tanınan talant şou program “America’s Got Talent” yarışmasıdır. Bu yarışmada bütün dünyadan olan insanlar iştirak edirlər. Son günlərdə ...

Read More »

Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikovun işindən gözləntilərimiz müsbətdir- Rusiya XİN

Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikovun işindən gözləntilərimiz müsbətdir. İstixəbər.info-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Nəşr Departamentinin direktor müavini Artyom Kojin deyib. Rusiya XİN rəsmisi vurğulayıb ki, yeni səfir təcrübəli diplomat və hörmətli şəxsdir. A.Kojinin sözlərinə görə, M.Boçarnikovun qarşısında dayanan vəzifə Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində işləməkdir. Qeyd edək ki, Rusiya ...

Read More »

Nursultan Nazarbayev tutduğu vəzifədən asılı olmayaraq ömrünün sonunadək bu vəzifədə qalacaq

Qazaxıstan Senatında “Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası haqqında” qanunu qəbul edib. İstixəbər.info-un məlumatına görə, yeni qanuna əsasən, ölkənin hazırkı prezidenti Nursultan Nazarbayev tutduğu vəzifədən asılı olmayaraq ömrünün sonunadək Təhlükəsizlik Şurasının sədri kimi təsdiq olunur. Qeyd edək ki, Qazaxıstan Təhlükəsizlik Şurası 1991-ci ildə yaradılıb və 11 nəfərdən ibarətdir.

Read More »

Türkiyənin güclü səslərindən olan Ayaz Kaplının yeni albomu işıq üzü görüb

İstixəbər.info xəbər verir ki, Türkiyənin güclü səslərindən olan, Almaniyada yaşayan Ayaz Kaplı super albomla sevənlərinin qarşısına çıxıb. Qeyd edək ki, məhşur muğənninin yeni ” Dünya Hepimizin” albomu  qısa zamanda yüzminlərlə baxış sayı toplayıb. Məlumat üçün qeyd edək ki, albomda bəstələr və sözlər məhşur müğənninin özünə aiddir. Sözü gedən albomu sizlərə təqdim edirik. İstixəbər.info

Read More »
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26