BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Dünya

Son dəqiqə…Uşaqları daşıyan avtobus qəzaya uğradı: onlarla xəsarət alan var

Çexiyada uşaqların olduğu avtobus qəzaya uğrayıb. İstixəbər.info Oxu.Az-a istinadən xəbər verir ki, ölkənin şərqində baş vermiş hadisə nəticəsində 33 uşaq xəsarət alıb. Ağır xəsarət alan uşaqların xəstəxanalara aparılması üçün əməliyyata helikopter cəlb edilib. Bildirilir ki, qəza avtobusun təkərinin partlaması nəticəsində baş verib. Sürücünün idarəetməni itirməsi üzündən nəqliyyat vasitəsi xəndəyə düşüb. İstixəbər.info İnformasiya Portalı

Read More »

Qəbiristanlıqda özünü asan 18 yaşlı qız intiharını nişanlısına izlətdi – VİDEO – FOTO

Türkiyənin Burdur vilayətində məzarlıqda özünü asaraq intihar edən 18 yaşlı Başak A. intiharını canlı yayımda nişanlısına izlədib. İstixəbər.info Milli.Az-a istinadən xəbər verir ki, dünən özünü asan universitet tələbəsi Başak A.-nın (18), intiharını Hatayda yaşayan nişanlısı Hakan O.-ya mobil telefonuyla canlı yayımda izlətdiyi iddia edilir. Qızlarının intihar xəbəri ailəsini yasa boğub. İstixəbər.info İnformasiya Portalı

Read More »

Meyvezer Nurməhəmmədovla döyüşün şərtlərini açıqladı

Amerikalı boksçu Floyd Meyvezer rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşə çıxmaq üçün şərtlərini açıqlayıb. İstixəbər.info Oxu.Az-a istinadən xəbər verir ki, Meyvezer Nurməhəmmədovla ancaq boks qaydaları ilə döyüşməyə razı olduğunu bildirib. “Həbibin nə düşündüyünü deyə bilmərəm. Lakin öz tərəfimdən deyə bilərəm ki, bunu edə bilərik. O mənə çağırış yolladı. Odur ki, Həbib mənim dünyama gəlməli olacaq”, – deyə o vurğulayıb. Meyvezer Həbiblə döyüşdən irlandiyalı Konor Makqreqor üzərində qələbəyə görə ...

Read More »

Paşinyan istefa verdi

Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul edib.  İstixəbər.info xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. İstixəbər.info İnformasiya Portalı

Read More »

UFC prezidenti Həbiblə bağlı qərarını açıqladı

Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov UFC himayəsi altında çıxış etməyə davam edəcək. İstixəbər.info-un məlumatına görə, bunu təşkilatın prezidenti Deyna Uayt bəyan edib. “O qalır. Biz bacardıq və işimizə davam edəcəyik. Həbib üzülmüşdü və özündən çıxmışdı”, – Uayt deyib. UFC prezidenti qeyd edib ki, Nurməhəmmədovun çox emosional döyüşü olub, buna baxmayaraq, onlar münasibətlərini qoruya biliblər. “Həbib əla oğlandır”, – təşkilat rəhbəri əlavə edib. Uayt bildirib ...

Read More »

Sürücü traktoru Türkiyə parlamentinə sürdü – Polislər dayandıra bilmədilər

Türkiyə Böyü Millət Məclisinin (TBMM) qarşısında həyəcanlı anlar yaşanıb. İstixəbər.info Sputnik Türkiyəyə istinadla xəbər verir ki, Ankarada polis TBMM-nin qarşısında dayanmayan traktora bir neçə dəfə atəş açıb. Sürücü polislərə əhəmiyyat vermədən traktoru dayandırmayıb və Atatürk bulvarı istiqamətində sürüb. Hazırda ərazidə əməliyyat davam etdirilir. Sürücünün kimliyi müəyyənləşdirilir. İstixəbər.info İnformasiya Portalı

Read More »

“Toyota” 2 milyondan çox avtomobili geri çağırdı

“Toyota” şirkəti Yaponiyada və ABŞ-da 2 milyondan çox avtomobili geri çağırıb. İstixəbər.info Trend-ə istinadən xəbər verir ki, geri çağırılma avtomobillərdə hibrid rejiminə keçid zamanı təhlükəsiz idarəetmə sisteminin işə düşməməsi ilə əlaqədardır. Bu problemlə əlaqədar avtomobillər qəfil dayana bilər. Geri çağırılma 2009-cu ildən 2014-cü ilədək satılmış “Prius” və “Prius Alfa” avtomobillərinə şamil edilib. Qeyd olunur ki, 1,25 milyon avtomobil Yaponiyada, daha 807 ...

Read More »

Türkiyədə dəhşətli qəza: çox sayda ölü – VİDEO

Türkiyənin İzmir vilayətində qeyri-qanuni mühacirləri daşıyan yük avtomobili qəzaya uğrayıb. İstixəbər.info “Anadolu”ya istinadla xəbər verir ki, qəza nəticəsində ən azından 18 nəfər həlak olub. Qeyd olunur ki, aydın olmayan səbəbə görə sürücü idarəetməni itirib və avtomobil çevrilərək suvarma kanalına aşıb. Hadisə yerinə gələn xilasedicilər yaralıları yerli xəstəxanalara çatdırıb. Tədqiqat aparılır. İstixəbər.info İnformasiya Portalı

Read More »

Türkiyənin azadlığa buraxdığı keşiş Trampla görüşüb

Oktyabrın 12-də Türkiyə məhkəməsi tərəfindən azadlığa buraxılan amerikalı keşiş Endryu Branson şənbə günü Ağ evdə ABŞ prezidenti Donald Trampla görüşüb. İstixəbər.info report-a istinadən bildirir ki, D.Tramp görüş zamanı bildirib ki, keşişin buraxılması ikitərəfli münasibətlər üçün irəliyə doğru böyük addımdır. “Bu bizim münasibətlərimizdə böyük addım olacaq”, – deyə o, keşişlə görüşü zamanı bildirib. Tramp yenidən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana və Türkiyə ...

Read More »

Kanadadakı “seks qonaqlığı”nda dünya ulduzu iştirak edəcək — FOTOLAR

Kanadanın cinsi münasibət adası tədbirində bu il dünyanın məşhur meqastarı iştirak edəcək. İstixəbər.info xəbər verir ki, 3 gün davam edəcək tədbirdə adam başına bir biletin qiyməti 4.600 funt sterlinqdir. Tədbirdə iştirak edənlərə limitsiz içki, gecə klubu, qolf meydançası, idman salonu və gündə 2 qadın təklif edilir. Bu il isə tədbirdə amerikalı pop ulduzunun səhnəyə çıxacağı bildirilir. Məlum olub ki, bu ulduz ...

Read More »
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26