BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Din

“Bismillah” sanki Allahın nişanıdır

“Bismillah”ın insan həyatındakı əhəmiyyətini dərk etmək üçün alimlər belə bir misal çəkmişlər: Məlumdur ki, dünyada hər bir müəssisə öz məhsullarının üzərində xüsusi əlamət (nişan) qoyur. Həmin müəssisənin irili-xırdalı bütün məhsulları bu nişanı daşıyır, bununla da məhsulun həmin müəssisəyə mənsubluğu sübuta yetir. Həmçinin, hər bir ölkənin böyük təşkilatları, idarələri, nümayəndəlikləri, yad sularda üzən gəmiləri belə, eyni bir bayraqla seçilir. Dövlət öz ...

Read More »

Hürrün tövbəsindən nələri öyrənməliyik?

Məhərrəm ayı Peyğəmbər (s) və Əhli-beytinin (ə) qəm və qüssə ayıdır. 61-ci Hicri-Qəməri ilinin Məhərrəm ayından bəri Əhli-beyt (ə) davamçaları hər il əzadarlıq keçirirlər. Bu müsibəti dillə təsvir etmək olmaz. Bundan da böyük müsibət ola bilərmi? İmam Əlinin (ə) oğluna, Peyğəmbərin (s) ciyərparəsinə Nəbinin vəfatından heç 50 il keçməmiş silah çəkdilər. Özü də o kəslər ki, özlərini həmin Peyğəmbərin (s) ...

Read More »

Yevlaxda Aşura günü – FOTOREPORTAJ

Bu gün Azərbaycanda Aşura qeyd olunur. İstixəbər.info-un məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fitvasında bildirilir ki, Məhərrəm ayının 10-u – Aşura günü sentyabrın 20-nə düşür. Fitvada qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Aşura günü Yevlax “Cümə” məscidində də qeyd olunub. İstixəbər.info İnformasiya Portalı ...

Read More »

Sabah Aşuradır

Sabah, sentyabrın 20-də Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunacaq. İstixəbər.info xəbər verir ki, hər il olduğu kimi, bu il də Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçiriləcək. 24 rayonda (28 yerdə) nəzərdə tutulan qanvermə aksiyasının 20-si məscidlərdə, 8-i isə Mərkəzi Xəstəxana şəraitində olacaq. Aksiyalar ...

Read More »

Ağsuda qanunsuz dini ayinlər icra edən şəxslər aşkar edilib

Ağsuda qanunsuz dini ayinlər icra edən şəxslər aşkar edilib. İstixəbər.info-un məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti və digər qurumların əməkdaşlarının birgə iştirakı ilə dini yığıncaqların qanunla müəyyən edilmiş qaydalarının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Ağsu şəhər sakini Məmmədov Vüqar Cəlal oğluna məxsus Ağsu şəhəri Səməd Vurğun küçəsi 14 A ünvanındakı mənzilə baxış ...

Read More »

Namazda şəhadət barmağını tərpətmək hansı məzhəbə aiddir?

Namazı Peyğəmbərin (salləllahu aleyhi və səlləm) buyurduğu kimi qılmaq lazımdır. İstixəbər.info zikr.az-a istinadən bildirir ki, Şəriətə görə də təşəhhüdü deyərkən sonuna qədər şəhadət barmağını yüngülcə tərpədmək lazımdır. Allah Elçisi (salləllahu aleyhi və səlləm) barmağını qaldırardı, tərpədərdi və dua edərdi və deyərdi: “Bu barmağın (şəhadət barmağının) işarəsi şeytan üçün dəmirdən də ağırdır”. (İmam Əhməd; əl-Bəzzar; Əbu Cəfər və digərləri. Həsən (yaxşı) hədisdir). ...

Read More »

Ailənin xoşbəxt və uzunömürlü olması üçün İmam Əlinin tövsiyəsi

Ailə – ilk isti ocaqdır ki, insan orada öz şəxsiyyət və mənəviyyatını formalaşdırar və inkişaf edər. Ailənin hər bir üzvü çalışar ki, onu davamlı etsin və ailə mühiti səmimi bir mühit olsun. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman Allah bir ailəni sevsə, mehribanlıq və gözəlliyi həmin ailəyə daxil edər”. İmam Əlinin (ə) nəzərinə görə, iffətli qadınlar İlahi mələklər kimidirlər. Onların ...

Read More »

Ölümün ağrısız olması üçün nə etməli?

Ravəndi öz kitabında İmam Cavaddan (ə) nəql edir ki, buyurub: “İmam Rzanın (ə) səhabələrindən biri xəstələnir və xəstə yatağına düşür. Bir gün Həzrət (ə) onu ziyarət edir və ona buyurur: “Halın necədir?”. Deyir: “Ölümü çox qorxulu və ağrılı görürəm”. İstixəbər.info deyerler.org-a istinadən bildirir ki, İmam (ə) buyurur: “Bu narahatlıq ki, hiss edirsən, ölümün ən kiçik əlamətlərindəndir ki, indiyə qədər sənə hakim ...

Read More »

İmam Hüseyn Qurani-Kərimə hansı cəhətləri ilə bənzəyir?

Qurani-Kərimdə buyurulur: “Hər kəs şərəf-şan, izzət-qüdrət və qələbə istəyirsə (bilsin ki,) bunlar birbaşa Allaha məxsusdur (və bunları Ondan istəməlidir); pak sözlər (pak sözlərdən ibarət olan tovhidə və əqidə üsullarına etiqad)On(un dərgahın)a tərəf yüksələr və pak sözü isə yaxşı əməl yuxarı qaldırar”. (“Fatir” 10). İstixəbər.info deyerler.org-a istinadən bildirir ki, İmam Hüseyn (ə) Kərbəlada qiyam edərək, izzət tələbində olmuşdur. Onun şüarı bu idi: ...

Read More »

Məhərrəm ayı başladı

Bu gündən Məhərrəm ayı başlayır. İstixəbər.info-un məlumatına görə, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edir. Məhərrəm tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilib, lakin hicri 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü ...

Read More »
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26