BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Din

Gəncə polisi məscidə gələnləri yoxladı – FOTO

Gəncədə Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçirilib. DİN-dən İstixeber.info-ya verilən məlumata görə Gəncədə Aşura mərasiminin təhlükəsiz və dinc şəkildə keçirilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Ötən gün günorta saatlarından etibarən şəhərin Şah Abbas məscidi ilə yanaşı dini mərasimlərin keçiriləcəyi digər məkanlarda da təhlükəsizlik tədbirləri görülüb. Hazırda əhali İmamzadə Dini Kompleksində keçirilən dini ...

Read More »

İmam Hüseyn (ə) Qurani-Kərimə hansı cəhətləri ilə bənzəyir?

Qurani-Kərimdə buyurulur: “Hər kəs şərəf-şan, izzət-qüdrət və qələbə istəyirsə (bilsin ki,) bunlar birbaşa Allaha məxsusdur (və bunları Ondan istəməlidir); pak sözlər (pak sözlərdən ibarət olan tovhidə və əqidə üsullarına etiqad)On(un dərgahın)a tərəf yüksələr və pak sözü isə yaxşı əməl yuxarı qaldırar”. (“Fatir” 10). İmam Hüseyn (ə) Kərbəlada qiyam edərək, izzət tələbində olmuşdur. Onun şüarı bu idi: “Heyhat minnaz-zilləh”. İstixeber.info deyerler.org-a ...

Read More »

Məhərrəm ayının başlaması ilə bağlı fətva verildi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. İstixeber.info xəbər verir ki, fətvada deyilir: “Bismillahir-rəhmanir-rəhim! Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura bəyan edir ki, hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Aşura günü isə sentyabrın 10-na təsadüf edəcək. Tarix boyu bütün səmavi ...

Read More »

Sübh namazından sonra bu kəlməni 19 dəfə demək

Allah övliyalarının öz şagirdləri üçün tövsiyə etdiyi dəyərli zikrlərdən biri “Bismilləhir-Rahmənir-Rahim”dir. Xüsusilə sübh namazından sonra bu zikri 19 dəfə deməyə çalışın ki, böyük əcri vardır. Əgər insan həyatda bu zikrə yaxın olarsa və onu canı ilə qəbul edərsə, axirətdə də onunla məhşur olar. İstixeber.info deyerler.org-a istinadən bildirir ki, biz bu zikri nəinki təkcə hər işin başlanğıcında deməliyik. Əlbəttə, hər işin ...

Read More »

Məhərrəm ayının başlanacağı tarix açıqlandı

Məhərrəm ayının 1-i Miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Məhərrəm ayının 10-cu günü isə, yəni Aşura, sentyabrın 10-a təsadüf edir. İstixeber.info bildirir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Sputnik Azərbaycan-a məlumat verilib. Qeyd olunub ki, Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək. “REKLAM”  Qeyd edək ki, sentyabrın 29-da Məhrrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ...

Read More »

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi və Yevlax rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı tərəfindən 300-dən çox səhiyyə işçilərinə bayram sovqatı paylanılıb – FOTO

Dünya müsəlmanlarının sevinclə gözlədikləri və böyük təmtəraqla qeyd etdikləri müqəddəs Qurban Bayramı hər il olduğu kimi bu il də Yevlax rayonunda geniş şəkildə qeyd olunub. İstixeber.info xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi və Yevlax rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı tərəfindən mərkəzləşdirilmiş şəkildə qurbanlar kəsilib və 300-dən səhiyyə işçilərinə bayram sovqatı ...

Read More »

Allahşükür Paşazadə Qurban Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qurban Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. İstixeber.info QMİ-yə istinadən təbrik mətnini təqdim edir: “Bismillahir-rəhmanir-rəhim! Əziz müsəlman bacı və qardaşlarım, möhtərəm həmvətənlərim! Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah rizası üçün edilən dua və ibadətlərimizin, qurbanlarımızın Haqq dərgahında qəbul olunmasını diləyirəm. İslam Aləminin ən ...

Read More »

Azərbaycanda Qurban bayramı namazının vaxtı AÇIQLANDI

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb. İstixeber.info xəbər verir ki, bayram namazı avqustun 12-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınacaq. Eyni zamanda, Azərbaycanın bütün məscidlərində bayram namazı qılınacaq. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazını Təzəpir məscidində qılacağı gözlənilir. Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür. ...

Read More »

Sulu qəlyan çəkmək olarmı?

Sulu qəlyan çəkmək olarmı? Qəlyan insan orqanizmi üçün ziyanlıdır ya yox? Islam buna necə baxır? Sulu qəlyan çəkməyin haram olması barədə müctəhidlərin və müftilərin qəti fətvası bizə məlum deyil. Əlbəttə, əgər qəlyana alkoqol və narkotik maddələr qatılarsa, qəti surətdə haramdır. Amma yalnız tütün və ətirli meyvə qatqılarından istifadə edilsə, haram deyil. Hərçənd ki, qeyri-müsəlman yönümlü və mötəbərliyinə tam etimadımız olmayan ...

Read More »

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu davam edir. İstixeber.info xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ)  bildirilib ki, kvotanın dolması üçün təxminən 30 yer qalıb. Vizaların verilməsi prosesi isə iyulun 27-dən başa çatacaq. Qeyd edək ki, bu il Azərbaycandan ziyarətə getmək istəyənlər üçün 1440 nəfərlik kvota müəyyənləşdirilib. Sənədlərin qəbulu yalnız QMİ-də həyata keçirilir. Həcc ziyarətinin qiyməti 4285 dollardır. ...

Read More »
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26