BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycan

PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah – Video layihə – 21.07.2019 tarixli bölüm

İstixeber.info “Trend” İnformasiya Agentliyinin “PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah” adlı video layihənin 21.07.2019 tarixli növbəti buraxılışını təqdim edir. “PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah” adlı video layihə Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyətinə həsr olunub. Video layihənin digər bölümlərini buradan, həmçinin TREND İnformasiya Agentliyinin “Youtube” kanalından izləyə bilərsiniz. İstixeber.info

Read More »

Yevlaxda şəhid ailələri ilə görüş keçirilib – FOTO

Yevlax şəhər İcra Hakimiyyətinin, YAP Yevlax şəhər təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsinin əməkdaşları rayonun Qaroğlan kəndində Şəhid ailələri ilə görüş keçirmişdir. Görüşdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsinin rəisi Elməddin Cəfərov, Yevlax şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşı Azad Əliyev, YAP Yevlax şəhər təşkilatının aparat ...

Read More »

Əbülfəs Qarayev jurnalistləri təbrik etdi

Mədəniyyət naziri Əbülfəs Qarayev 22 iyul – Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib. İstixeber.info-nun məlumatına görə, təbrikdə bildirilir ki, bu il 144 yaşını qeyd edən milli mətbuatımız zəngin və şərəfli inkişaf yolu keçib. 1875-ci ildə görkəmli maarifpərvər və mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başlanan bu yol sonrakı dövrlərdə vətənsevər ziyalılarımızın ərsəyə gətirdiyi digər mətbu nümunələrimiz tərəfindən ...

Read More »

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimində iştirak edirlər – FOTO

Son illərdə ardıcıl bir sıra mötəbər idman yarışlarına ən yüksək səviyyədə ev sahibliyi edən Bakı iyulun 21-də yenidən Avropanın, eləcə də dünyanın diqqət mərkəzinə çevrilib. Ölkəmizin paytaxtı “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edir. İstixeber.info AZƏRTAC-a istinadən bildirir ki, festivalın “Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, ...

Read More »

Pərvin Kərimzadə: “Gənclər ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar” –

“Bu gün bütün sahələrdə davamlı olaraq gücünü artıran, inkişaf edən dövlətimizin qarşısında dayanan hədəflər hər bir vətəndaş üçün çox önəmlidir. Çünki Prezident İlham Əliyevin apardığı milli maraqlara söykənən siyasət Azərbaycanın daha da gücləndirilməsinə xidmət edir. Bu mənada ətrafında yüz minlərlə vətəndaşımızı birləşdirən Yeni Azərbaycan Partiyası öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun olaraq yüksək  səviyyədə qurur. Əsası Ulu Öndər Heydər Əliyev ...

Read More »

“Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır” – Sevinc Hüseynova

“Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə partiyamız tərəfindən önəmli layihələr həyata keçirilir”. İstixeber.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib. S.Hüseynova bildirib ki, bu layihələr sırasında Yeni Azərbaycan Partiyasının “Gənc liderlərin yay məktəbləri” xüsusilə diqqəti cəlb edir. Onun sözlərinə görə, yay məktəbləri ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə dəstəyi özündə ...

Read More »

İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb

“Ölkəmizin məqsədyönlü siyasətini cəmiyyətdən, xalqdan aldığı sifarişlər əsasında formalaşdıran Prezident İlham Əliyev qarşıya respublikamızda sosial vəziyyəti dünyanın inkişaf etmiş ölkələrindəki səviyyəyə çatdırmaqla bağlı mühüm vəzifə qoyub. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb”. İstixeber.info-nun məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov deyib. İ.Məmmədov bildirib ki, ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ...

Read More »

Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçdi

Azərbaycan polisi Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar gücləndirilmiş rejimə keçib. İstixeber.info xəbər verir ki, Daxili İşlər Nazirliyi iyulun 27-dək davam edəcək yarışlarda iştirakçıların və qonaqların, tamaşaçıların təhlükəsizliyi baxımından müvafiq tədbirlər görüb. İctimai qaydanın qorunması və təhlükəsizliyin təmini məqsədi ilə daxili işlər orqanlarının əməkdaşları yarış keçirilən müddətdə gücləndirilmiş iş rejimində çalışacaq. Təhlükəsizliyin təmini məqsədi ilə yarışların ...

Read More »

Nazirlər Kabineti bu qaydaları TƏSDİQ ETDİ

Azərbaycanda vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ...

Read More »

Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu

Heydər Əliyev Fondunun dəstəyi ilə Cəbrayıl və Füzuli rayonlarından olan ürək qüsurlu uşaqlar üzərində cərrahiyyə əməliyyatı həyata keçirilib. İstixeber.info-nun məlumatına görə, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin iyunun 1-3 tarixlərində Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsi və Füzuli rayonunda “Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı altında keçirdiyi xeyriyyə aksiyası zamanı 400-dək uşaq diaqnostik tibbi müayinələrdən keçirilmişdi. Müayinələr nəticəsində 7 usaqda anadangəlmə mürəkkəb ...

Read More »
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26