BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycan

Vilayət Eyvazov Ramiz Zeynalovun müavinini işdən azad etdi – FOTO

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazov tutdugu vəzifədən azad olunub. İstixeber.info avtosfer.az-a istinadən xəbər verir ki,, Mübariz Şahbazov daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnaməyə uyğun olaraq yaş həddinə görə təqaüdə göndərilib. Nazirin digər əmri ilə Baş DYP İdarəsinin rəis müavini postuna polkovnik-leytenant İlham Rəcəbov gətirilib. İlham Rəcəbov buna qədər Baş İdarənin ...

Read More »

Azərbaycan XİN və “Azərkosmos” ASC Ermənistanın Dağlıq Qarabağdakı qeyri-qanuni fəaliyyəti ilə bağlı açıqlama yayıb

“Azərkosmos” ASC-nin “Azersky” peyki vasitəsilə cari ilin iyun-iyul ayları ərzində Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyətlərin monitorinqi nəticəsində Şuşa şəhərində “İsabulağı” ətrafında 0.46 hektar sahədə meşə zolağının qırılması aşkar edilib. Həmçinin, peyk təsvirləri vasitəsilə sözügedən ərazinin 0.85 hektar sahəsində yeni tikililər üçün planlama işlərinin aparıldığı qeydə alınıb. İstixeber.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının ...

Read More »

Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyətini təbrik edib

Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər! Müsəlmanların mənəvi birlik və həmrəylik, qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün ...

Read More »

Gənclər Birliyi tərəfindən Yevlax gəncləri üçün “Dövlət qulluğu nədir, dövlət qulluqçusu necə olmaq olar” adlı tədbir edilmişdir – FOTO

YAP Yevlax Rayon Təşkilatının inzibati binasında YAP Yevlax Rayon Təşkilatının Gənclər Birliyi tərəfindən Yevlax gəncləri üçün “Dövlət qulluğu nədir, dövlət qulluqçusu necə olmaq olar” adlı tədbir təşkil edilmişdir. İstixeber.info xəbər verir ki, tədbiri giriş sözü ilə YAP Yevlax Rayon Təşkilatının gənclərlə iş üzrə məsləhətçisi Rafiq Əliyev açaraq gənclərə YAP Yevlax Rayon Təşkilatının sədri , Millət vəkili cənab İlham Məmmədovun salamlarını ...

Read More »

“Qələt edir nəsli-kökü ilə” – Deputat

“Qarabağın Ermənistana birləşdirilməsi ermənilərin 100 illərlə davam edən xəyallarıdır, iddialarıdır. Böyük Ermənistan yaradılması yolunda atılan növbəti addımlardır. Burda gizlin heç nə yoxdur”. İstixeber.info xəbər verir ki, bunu açıqlamasında millət vəkili Elman Məmmədov Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı fikirlərinə cavab olaraq deyib. O, bildirib ki, ermənilər illər boyu Dağlıq Qarabağı Azərbaycandan qopartmaq iddiasında olublar. XX əsrin ...

Read More »

“Xalqı sülhə yox, ölüm-qalım savaşına hazırlamalıyıq” – Qüdrət Həsənquliyev

Qüdrət Həsənquliyev: “Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyədə və Milli Hərbi Akademiyada təhsil almış kadrlarla gücləndirilməlidir” İstixeber.info xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair son bəyanatına münasibət bildirib. Rusiyanın Qərblə qarşıdurma vəziyyətində olduğunu xatırladan BAXCP sədri qeyd edib ki, Rusiyada hakimiyyət daxilindəki Qərbə bağlı ...

Read More »

Yol Polisindən SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ

“Bakı şəhəri və respublikamızın digər ərazilərində hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edirik”. İstixeber.info xəbər verir ki, bu fikirlər Baş Dövlət Yol Polisi İdarəsinin bugünkü hava şəraiti ilə bağlı açıqlamasında yer alıb. Bildirilir ki, sürücülər nəqliyyat vasitələrinin hündür binaların yaxınlığında, balkonların altında saxlamasınlar: “Belə ki, binanın fasadından düşən parçalar nəqliyyat vasitələrinə, sürücü ...

Read More »

Bu şəxsə yüksək vəzifə verildi – FOTO

Şəmkir Regional Qaz İstismarı idarəsinin rəisi vəzifəsinə yeni təyinat olub. İstixeber.info xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin müvafiq əmri ilə Namazov Xaliq İslam oğlu Şəmkir Regional Qaz İstismarı idarəsinin rəisi təyin edilib. Xaliq Namazov bundan öncə Xaçmaz Regional Qaz İstismarı idarəsinin rəisi vəzifəsində çalışıb. (baku) İstixeber.info

Read More »

SOCAR-ın işçilərinin maaşı qalxdı – Rövnəq Abdullayev əmr imzaladı, vitse-prezidentə tapşırıq verildi

SOCAR və qurumun tabeliyində işləyən bütün işçilərin maaşları qaldırılıb. İstixeber.info Mia.aza istinad edərək xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev avqustun 2-də əmr imzalayıb. Əmrə əsasən, bu ilin sentyabr ayının 1-dən SOCAR-ın aparat və tabeliyindəki bütün qurumlarda çalışanların aylıq vəzifə maaşı 20 faiz artırılacaq. Əmrin icrası SOCAR-ın vitse-prezident Süleyman Qasımova tapşırılıb. İstixeber.info Bakı

Read More »

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinə yeni səlahiyyət VERDİ

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib.  İstixeber.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanda edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, baytarlıq fəaliyyətinin təşkili sahəsində karantin və məhdudiyyət tədbirləri ilə əlaqədar xəstəliklə yoluxma zonasında təcrid rejiminin saxlanılması məqsədilə Daxili İşlər Nazirliyinin iştirakı, Nazirlər Kabinetinin qərarı ilə birgə karantin polis və baytarlıq ...

Read More »
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26