BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycan

Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib. İstixeber.info oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmrləri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, Xızı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov vəzifəsindən azad edilərək Xaçmaz RPŞ-nin rəisi təyin edilib. Digər əmrə əsasən, Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin rəisi, polis polkovnik-leytenantı Faiq Hüseynov ...

Read More »

Daxili İşlər Nazirliyi mülki işçilər axtarır

Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsində vakant mülki işçi vəzifələrinə (polisə ictimai dəstək) xidmətə qəbulla əlaqədar müsabiqə elan edib. Daxili İşlər Nazirliyindən İstixeber.info-ya verilən məlumata görə, müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 20-dən 25-dək, boyu 170 (qadınlar), 180 (kişilər) santimetr və yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, tam orta, orta ...

Read More »

Azərbaycanda daha bir vəzifəli şəxs işdən AZAD OLUNDU

Salyanda vəzifəli şəxs işdən çıxarıldı. İstixeber.info xəbər verir ki, Salyan Telekommunikasiya Qovşağının rəisi Nicat Əsgərov tutduğu vəzifədən azad edilib. Qeyd edək ki, N.Əsgərov bu vəzifəyə 2016-cı ildə təyin olunub. Bundan əvvəl o, Dövlət Statistika Komitəsinin Salyan rayon şöbəsinin müdiri işləyib. İstixeber.info

Read More »

Daha bir yüksək vəzifəli şəxs işdən azad edildi

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin rəisi Fuad Dadaşov vəzifəsindən azad edilib. İstixeber.info xəbər verir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin rəisi F.Dadaşov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.\report İstixeber.info

Read More »

Bu rayonlarda da 2 gün qaz olmayacaq

Avqustun 17-si saat 10:00-dan etibarən Göyçay, Ucar, Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı 2 gün müddətinə dayandırılacaq. İstixeber.info xəbər verir ki, bu vaxt ərzində Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin 163-ci km-də yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri aparılacaq. Milli.Az

Read More »

Dövlət Yol Polisi ləğv edilir? – RƏSMİ AÇIQLAMA

“Dövlət Yol Polisinin ləğv olunacağı ilə bağlı məndə məlumat yoxdur. Əgər Daxili İşlər naziri Vilayət Eyvazov bu addımı atarsa, bizə əmrə əməl etmək düşər. Biz verilən göstərişi qətiyyətlə yerinə yetirməklə vəzifələndirilmişik”. İstixeber.info Teleqraf.com-a istinadən bildirir ki, bu sözləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov yol polisi sisteminin ləğv olunacağı barədə mediada yayılan xəbərlərə ...

Read More »

Vilayət Eyvazov daha bir polis rəisini işdən ÇIXARDI

Zaqatala rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb. İstixeber.info  xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Zaqatala rayon Polis Şöbəsinin rəisi Adil Ələkbərov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur. İstixeber.info

Read More »

Yol polisindən KOBUD QAYDA pozuntusu – VİDEO

Azərbaycanda yol polisinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması kameralara düşüb. İstixeber.info xəbər verir ki, görüntülərdə 99-YP-943 dövlət nömrə nişanlı, “BMW” markalı avtomobilin magistralda aşağı sürətlə yolun sol tərəfi ilə hərəkət etməsi əks olunub. Yol polisi bu zaman qəza işıqlarını yandırıb və əli ilə sürücülərə onu sağ tərəfdən ötüb keçmələrini işarə edib. “Yol hərəkəti haqqında” qanunda da qeyd olunur ki, ...

Read More »

Yevlax şəhərində vətəndaşların növbəti səyyari qəbulu keçirildi – FOTO

Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov ŞİH-nin məsul şəxsləri, Hüquq mühafizə orqanlarının, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə növbəti səyyar qəbul-görüşü keçirmişdir. İstixeber.info xəbər verir ki, qəbul görüşü Yevlax rayonu Cırdaxan kənd sakinləri ilə keçirilmişdir. Səyyar qəbulda İcra Hakimiyyətinin başçısı Qoca Səmədov giriş sözü söyləyərək, yerlərdə keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin ...

Read More »

SON DƏQİQƏ! Bu sahədə çalışan işçilərin də maaşları artırıldı

Azərbaycanda tibb sahəsində bir neçə qurumun işçilərinin əməkhaqları artırılıb. İstixeber.info xəbər verir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərara dəyişiklik edib. REKLAM Dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb. Qeyd edək ki, dəyişiklik “Dövlət büdcəsindən maliyyələşən ...

Read More »
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26