BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycan

Aşıq Azər Xanlaroğlu dünyasını dəyişdi

Azərbaycanın ustad aşıqlarından olan aşıq Xanların oğlu aşıq Azər Xanlaroğlu dünyasını dəyişib. İstixəbər.info xəbər verir ki, aşıq Azər bu gün səhər saatlarında müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasında keçinib. Qeyd edək ki, tanınmış aşıq 1 həftə əvvəl səhhətində yaranan problemə görə özəl klinikalardan birinə yerləşdirilib. Dünən axşam saatlarında isə aşığın vəziyyəti kritik həddə çatıb və komaya düşüb. A.Xanlaroğlu hepatit xəstəliyindən əziyyət ...

Read More »

YPX-nın üstün keçid hüququna malik olması, ona əsas vermir ki, istədiyi zaman, istədiyi məqsədlə qırmızı işıqdan keçsin və yaxud digər qayda pozuntusuna yol versin

Yol polisi cəmiyyətin ən üzdə olan sahələrindən biri olduğu üçün hər zaman diqqət mərkəzindədir. Bəzən sosial şəbəkələrdə onlarla bağlı müxtəlif cür paylaçımlara rast gəlirik. Bəzən yol polisi haqlı olduğu təqdirdə belə sosial şəbəkə istifadəçiləri qanunun bəndlərini bilmədikləri üçün onlara tənqidi münasibət bildirir. İstixəbər.info Yol polisi qırmızı işıqdan keçə və yaxud digər qaydaları poza bilərmi? sualı ətrafında araşdırma aparıb. Mövzu ilə ...

Read More »

Ulu öndər Heydər Əliyevin kövrəkliklə söylədiyi şeir

Bu gün Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümüdür. Hər il 10 may tarixində Azərbaycan xalqı görkəmli dövlət xadimlərindən biri, milli yaddaşımızda silinməz izlər buraxan, müasir Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsini hörmətlə yad edir. Ümummilli liderin 95-ci doğum gününün yad edilməsi, özündən sonra böyük mənəvi irs qoymuş bu dahi şəxsiyyətin ...

Read More »

Bəhram Bağırzadənin dinlədiyi maraqlı üçlük. İndi mən neyləyim…

Son zamanlar tanınmış aktyor Bərham Bağırzadə öz şəxsi maşınında bir çox tanınmışların ifasını və maraqlı söhbətlərini sakit  bir tərzdə dinləməyinin şahidi olmuşuq. Bu gün isə İstixəbər.info saytına daxil olan növbəti maraqlı ifanı və videonu görəndə dəfələrlə izləməmək mümkün deyil. Bağırzadənin qonağı olan gənc müğənni Şamil Vəliyev və həmkarı Mehman , Elşadın nağara ritmləri ilə “İndi mən neyləyim” adlı musiqili meyxana söylədiklərinin ...

Read More »

Şuşanın işğalından 26 il ötdü

      Şuşa şəhərinin işğalı   İstixəbər.info xəbər verir ki, 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu. Şuşa işğal nəticəsində ölüm sükutuna qərq olub. Bütün dünyanın, beynəlxalq təşkilatların ...

Read More »

DTX Bakı Beynəlxalq Hava Limanında əməliyyat keçirdi

BAKIDA BÖYÜK ƏMƏLİYYAT: Vəzifəli şəxslər işdən çıxarıldı, həbslər var DTX mətbuat mərkəzindən İstixəbər.info-a bildirilib ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 Azn təşkil edən ...

Read More »

Ermənistan ordusu atəşkəs rejimini 93 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 93 dəfə pozub. İstixəbər.info Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız ...

Read More »

Son dəqiqə…Bakıda marşurut xəttləri dəyişdirildi

Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının istifadəyə verilməsi ilə əlaqədar 22 marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. İstixəbər.info məlumat verir ki, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzindən çıxan avtobuslar artıq Ziya Bünyadov prospekti və “Böyük Şor” qovşağına daxil olmadan yoluna davam edəcəklər. Dəyişiklik sayəsində ətraf kənd və qəsəbələrə gedən avtobusların artıq məsafə qət etməsinin qarşısı alınır ...

Read More »

Atamın 80 illik yubileyi ilə bağlı hələ ki iqtidar nümayəndələrindən bizə hər hansı müraciət daxil olmayıb

“Atamın 80 illik yubileyi ilə bağlı hələ ki iqtidar nümayəndələrindən bizə hər hansı müraciət daxil olmayıb. Güman ki, yaxın vaxtlarda ailəsi olaraq bizimlə əlaqə saxlayarlar. Hələlik qarşılıqlı nəsə yoxdur”. Bunu Modern.az-a açıqlamasında Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib. O, müxalifətlə birgə yaratdıqları Təşkilat Komitəsindən də danışıb. “Təşkilat Komitəsinin yaranmasında Elçibəyin ailəsi olaraq bizim də dəstəyimiz var. Təşkilatla ...

Read More »

Azərbaycanın Milli Qəhrəmanı  Ənvər Fərəcov+ DOSYE

Azərbaycanın Milli Qəhrəmanı  Ənvər Fərəcov+ DOSYE FƏRƏCOV ƏNVƏR SƏYYAD oğlu 28 iyun 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində doğulmuş, 1968-ci ildə Sarov kənd orta məktəbini bitirmişdir. Sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1974-cü ildə mexanizasiya fakültəsini bitirib Goranboy rayonunun “Azərbaycan” kolxozunda baş mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1981-ci ildən isə həyatını daxili işlər orqanlarına bağlayır. O, Türkmənistanın Bezmin şəhərində ...

Read More »
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26