BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Çaqqalların dişlərindən son anda canını qurtaran gənc – Xaçmazda


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xaçmaz rayon sakini çaqqalların hücuma məruz qalıb.

İstixəbər.info xəbər verir ki, ,Xaçmaz rayonu Balaqusar kənd sakini Məmmədov Elnur Ələsgər oğlu axşam işdən evə dönən zaman Seyidlər kəndi ərazisində çaqqal dəstəsi ilə üz-üzə gəlib. Əlində hər hansı bir mühafizə alətinin olmadığından çaqqallardan biri sakinin əlinin alt-üst hissəsini dişləyib. Yaxınlıqda sakinlərin olmadığından köməyə heç kimin gələ bilməyəcəyini görən Elnur çıqır – bağır salaraq özünü digər çaqqalların hücumundan qoruya bilib. Magistiral yola qayıdan sakin taksi ilə özünü Xudat şəhər mərkəzi xəstəxanasına çatdırır. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb. Xəstəxanadan aldığımız məlumata görə, sakində hər hansı quduzluq xəstəliyi aşkarlanmayıb, ilkin yardım göstərilib və hər həftə əlindəki yaraların sağalması üçün xüsusi iynələr vurulacaq. Elnurun atasından aldığımız məlumata görə, bu artıq neçənci dəfədir ki, həmin ərazidə uşaq vəhşi çöl heyvanlarının hücümuna məruz qalıb. İndi ümüd qalıb ki , uşaq işə gedib-gələndə özü ilə balta-yaba aparıb gətirsin..

İstixəbər.info İnformasıya Portalı Xaçmaz 2018 -ci il
Baş redaktor: Rəşad Orucoğlu Ağaşirinov

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26