BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Cəriməni ödəməyən sürücülərə bəd xəbər: DYP hərəkətə keçdi – DİQQƏT


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Son günlər yol polisinin yerli şöbələri cərimələri uzun müddət ödəməyən sürücülərlə bağlı qanunamüvafiq tədbirlər görməyə başlayıb.

İstixeber.info Avtosfer.az-a istinadən xəbər verir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmələrə, eləcə də sürücülərin özlərinə bildiriş və müraciətlər göndərilir. Bu müraciətlərin mahiyyəti təyin olunmuş cərimələrini vaxtında ödəməyən sürücülərin sürücülük hüququnun məhdudlaşdırılması, eləcə də nəqliyyat vasitələrinin saxlanılması barədədir.

Belə ki DYP-nin rayon şöbələri ərazi üzrə qeydiyyatda olan sürücülər barəsində məlumatları araşdırır, iki ay ərzində cəriməni ödəməyən sürücülər barəsində avtomobilin saxlanılması qərarı çıxarılır. Bununla bağlı onlara bildiriş göndərilir. Digər tərəfdən cəriməni 3 ay və daha artıq vaxt ərzində ödəməyən sürücülərin sürücülük hüququnun məhdudlaşdırılması barədə məhkəmələrə müraciətlər olunur. Artıq son bir neçə gündə yüzlərlə sürücü barəsində sürücülük hüququnun məhdudlaşdırılması qərarı çıxarılıb. Həmçinin xeyli sayda nəqliyyat vasitələrinin saxlanılması barədə bildiriş göndərilməklə qərar qəbul olunub.

Avtosfer.az saytı olaraq sürücülərə bir daha müraciət edir və diqqətə çatdırırıq ki, cərimələri vaxtında ödəsinlər. Əks halda sürücülük hüququ məhdudlaşdırıla, avtomobil saxlanılaraq cərimə meydançasına yerləşdirilə bilər.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26