BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Azerbaijani AZ English EN French FR Russian RU Turkish TR

CƏMİYYƏT İlhamə Quliyevanın oğlu həbs edildi – 69 min manat…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov həbs edilib. 

İstixəbər.info bildirir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, O.Nadirov dünən Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

O, artıq Bakı İstintaq Təcridxanasına köçürülüb.

İttihama görə, Orxan Nadirov işə düzəltmə adı ilə zərərçəkmiş şəxsin 69 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Orxan Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb.

O.Nadirov ötən il də dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26