BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Cəlilabad rayonunda axtarışda olan narkotacir saxlanılıb.

İstixəbər.info xəbər verir ki, Cəlilabad rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və 18.08.2017-ci ildən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 318.1, 234.4.1, 312.1, 206.3.2, 334.4.3-cü maddələri ilə axtarışda olan İqbal Həsənov rayon ərazisində saxlanılıb.

Məlumata görə, İran İslam Respublikasından külli miqdarda narkotik vasitəni qanunsuz şəkildə ölkə ərazisinə gətirərək satışını həyata keçirən İ. Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırmalar davam etdirilir.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26