BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Cəlilabadda avtomobil üzüm piştaxtasına çırpıldı — Sürücü komaya düşüb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Cəlilabad rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

İstixəbər.info-un “Report”a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistral avtomobil yolunun rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında qurulmuş üzüm piştaxtasına çırpılıb. Hadisə nəticəsində orada olan rayonun 2009-cu il təvəllüdlü Alar kənd sakini Əsgərov Taleh Sərvər oğlu ağır xəsarət alıb. Yaralı sürücü tərəfindən əvvəlcə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX), ardınca isə Biləsuvar RMX-yə aparılıb. O, bel sümüklərinin sınığı və baş nahiyəsindən aldığı ağır xəsarətlərlə koma vəziyyətində xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26