BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Buz qabı qəlibi ilə nələr hazırlaya bilərsiz? – Hər şeyi dondura bilərsiniz


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Buz qəliblərindən yalnız su dondurmaq üçün istifadə edirsinizsə, bunu oxuyun.  

Yay mövsümündə buz qəliblərindən çox istifadə edilir. Buz qəliblərini yalnız su dondurmaq üçün istifadə edirsinizsə yanılırsız.

İstixeber.info buz qəliblərindən istifadə etməklə maraqlı təqdimatlar hazırlamağın yollarını təqdim edir:

 Bundan sonra hər şeyi dondurmaq istəyəcəksiniz.

Qəhvə

Əgər artıq qalan bir miqdar qəhvəniz varsa,zibilə tökmək yerinə buz qəliblərinə doldurub dondurun.  Daha sonra  bir stəkan soyuq südün içərisində möhtəşəm olacaqlar.

Qatıq

Son istifadə etmə tarixi yaxınlaşan qatığınızı buz qəliblərində dondura bilər və daha sonra donmuş meyvələrlə birlikdə möhtəşəm içkilər hazırlaya  bilərsiniz. Çöldə smuzi üçün pul tökməyin.

Çiçəklər


Əgər romantik bir axşam yeməyi hazırlayırsınızsa, buz qəliblərinə bir az su və çiçəklərdən ibarət küplər ehazırlaya bilərsiz. Dadları olmasa da möhtəşəm görünürlər.

Çiyələk


Bu təklifin isti yay axşamlarında imtina edilməz olacağına əminik. Buz qəlibinə bir az şokolad töküb, üzərlərinə bir çiyələk yerləşdirin. Möcüzə görünüşü olacaq.

Meyvə püresi


Mətbəxdəki hər hansı bir meyvəni püre halına gətirib, buz qəliblərində dondura bilərsiniz. Nəticə; rəngarəng dondurmacıqlar.

Nane+ limon

Yayın ən favoriti təbii ki limonaddır. İçində  təzə nanə yarpaqları varsa, lap əla. Su içməyi sevməyənlər üçün də yaxşı fikirdir. Limon suyunu buz qəliblərinə doldurun, içinə də bir nanə yarpağı qoyub dondurun.\turpkimi.com

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26