BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bu yollarda rənglənmə işləri aparılacaq


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın Parlament prospektində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən İstixəbər.info-ya bildirilib ki, işlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Həmçinin saat 22:00-dan başlayaraq Rixard Zorge, Kövkəb Səfərəliyeva və A.Puşkin küçələrində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri görüləcək. Bu işlər sentyabrın 13-ü səhər saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən həmin yollarda diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26