BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bu siqaretin qiyməti bahalaşıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycanda bəzi siqaret markalarının topdan satış qiyməti 1 manat bahalaşıb.

İstixəbər.info xəbər verir ki, bu barədə siqaret satışı ilə məşğul olan ticarətçilər məlumat verib. Vurğulanıb ki, “Winston” və bir neçə başqa markalı siqaretlərin blokunun qiymətində 1 manat bahalaşma qeydə alınıb.

Belə ki, əvvəllər “Winston” compakt siqaretinin blokunu 21.50 (1 ədədi 2.15 qəpik) AZN-ə əldə edilirdisə, hazırda bu siqaretlər (1 ədədi 2.25) müəyyən limitlə 22.50 qəpiyə satılır.

Topdan satış qiymətilə bərabər müəmmalı şəkildə bəzi – “Rotmons”, “LD”, “More”, “Viceroy” və digər siqaret markalarının mağazalara paylanılmasında da gecikmələr var. Bəzi mağazalar sözügedən markalı siqaretləri müəyyən limitlə əldə etsələr də, bəziləri ümumiyətlə bu siqaretləri 10-15 günə yaxındır ki, ala bilmirlər.

Ticarətçilər yaxın vaxtlarda siqaret qiymətlərinin növbəti dəfə bahalaşacağını qeyd edirlər.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26