BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bu qadınla sevgili olacaq şəxsə ildə 60 min funt sterlinq ödənəcək


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İngiltərənin ən gənc milyonçusu Ceyn Park sevgili axtarır.

İstixəbər.info xəbər verir ki, 23 yaşlı qadın milyonçu olduqdan sonra yaşadığı sevgi münasibətlərində xoşbəxt olmadığını, bu səbəbdən də onu həqiqətən sevəcək şəxsə ildə 60 min funt sterlinq ödəməyə hazır olduğunu bəyan edib.

23 yaşlı lotoreya milyonçusu Ceyn cek-potu qazandıqdan sonra bütün sevgilərini ümidsiz şəkildə sonlandırıb. “Daily Mirror” qəzetinə müsahibə verən milyonçunun yaxını bildirib ki, Ceyn onunla münasibət quran şəxslər əsasən qızın bankdakı pulunu sevir. Buna görə də sevgidən əmin olmayan Ceyn münasibəti bitirir və tənha yaşamaq məcburiyyətində qalır.

Ceyn hazırda ona sadiq qalacaq adama ildə 60 min funt sterlinq ödəməyə hazır olduğunu bildirib.

17 yaşı olanda lotoreyada 1 milyon funt sterlinq udan Ceyn televiziya ulduzu Sem Kallahan ilə sevgili olub. Sem Ceynə xəyanət etdikdən sonra ayrılıblar.
Ceyn internet səhifəsi vasitəsilə onunla sevgili olmağa namizəd olanlarla görüşüb kiminlə evlənəcəyinə qərar verəcək./ölkə.az

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26