BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bu ölkələrdə qadınlar evlənə bilmək üçün görün nə edir?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Evlilik dünya miqyasında çox əhəmiyyətli bir anlayışdır.

İstixeber.info metbuat.az-a istinadən bildirir ki, cəmiyyətin ən vacib faktorlarından olan evlilik anlayışı sadəcə fərdlərə deyil, yaşanılan ölkəyə və hətta dünyaya da təsir edir. Bəzi ölkələr müxtəlif səbəblərdən evliliyə və onun təşviqinə normal yanaşmasa da, bəzi ölkələr rəhbərlik baxımından vətəndaşlarını nigaha təşviq edir. Bəzi ölkələrdə isə kişi-qadın tarazlığının pozulması kişilər qədər qadınları da evliliyə yönləndirir.

REKLAM

Avstraliya-böyük şəhərlərində beş qadına bir kişinin düşdüyü bu ölkədə qadınlar xarici kişilərin öz ölkələrinə gəlmələrini istəyirlər. Tarixin ən az kişi nüfuzuna sahib ola biləcək Avstraliyada tanış olmaq üçün xaricdən gələn kişilərə tətillər də hədiyyə olunur.

İtaliya-bu ölkədə doğum səviyyəsi aşağı olduğu kimi nigah səviyyəsi də azdır. Dövlət rəhbərliyinin müxtəlif çalışmalarına baxmayaraq kişilər bu ölkədə daimi nigahı o qədər də dəstəkləmir. Ümumi olaraq normal qarşılanan bu vəziyyətin bəzi bölgələrdə etiraza səbəb olduğu və evlənmək istəyən kişilərə müztəlif pul mükafatları təqdim olunur.

Rusiya-qadın nüfuzunun ən çox olduğu ölkələrdən biri də Rusiyadır. Burada yaşayan kişilərin çox içki içməsi cinsi həyatlarına mənfi təsir edir. buna görə də, bu ölkənin qadınları evlənmək üçün başqa ölkələrə üz tuturlar. Boşanma səviyyəsinin artdığı Rusiyada dövlət bu mövzuda müxtəlif çalışmalara başlayıb.

Tayland- burada isə vəziyyət tamam fərqlidir. Taylandda transseksualların çox olması səbəbilə bəzi qadınlar evlənməkdə çətinlik çəkir. Ölkənin qadınları bu səbəblə başqa ölkələrin kişiləri ilə evlənirlər.

Litvaniya- Ümumilikdə 2.872 milyonluq nüfuza sahib Litvaniyada qadın nüfuzu 54% ilə haradasa rekord səviyyədədir. Qadınların sayca çox olduğu bu ölkədə kişi sayının az olmasının səbəbi siqaret, depresiya, intihar və yüksək risk almaları göstərilir. Bütün bunların xaricində qadınlar tərəfindən idarə olunan Litvaniyanın prezidenti də qadındır.

Yaponiya- burada isə kişilər evliliyi çox mənasız hesab etdiyindən evlilik səviyyəsi çox aşağıdır. Kişilərin bu düşüncəsi səbəbilə evlənə bilməyən qadınlar müxtəlif saytlardan kişilər kirayə götürürlər.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26