BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bir gecədə iki fermada baş verən yanğın 35 -tondan çox ot bağlamasını məhv elədi.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info  Fövqəladə Hallar Nazirliyinə istinad edərək xəbər verir ki, 30 may 2018-ci il  gecə saatlarında ilkin məlumata əsasən: İsmayıllı rayonunun Qubaxəlilli kəndində ümumi sahəsi 1100 m2 olan fermanın dam örtüyünün yanar konstruksiyaları 300 m2 sahədə və çardağına yığılmış 10 ton ot bağlamasının 5 tonu yanmışdır. Fermanın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində fermanın ərazisində 30 ton ot bağlamasının 25 tonu və ümumi sahəsi 440 m2 olan fermanın dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə yanmışdır. Ot bağlamasının və fermanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26