BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

BİLƏSUVAR SAKİNİNDƏN NARKOTİK MADDƏ GÖTÜRÜLÜB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Gəncədə Biləsuvar sakinindən narkotik maddə götürülüb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş 1960-cı il təvəllüdlü Nurəddin Zəkiyev saxlanılaraq ərazi üzrə polis bölməsinə gətirilmiş və onun üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən politelen seloffana bükülmüş 154.06 qram çəkidə narkotik vasitə olan “heroin” aşkar olunaraq götürülüb.
İlkin dindirilmə zamanı N. Zəkiyev narkotik maddəni Gəncə şəhərinə satmaq üçün gətirdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26