BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Beş döyüş, eyni zərbə və qızıl medal. FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

İstixəbər.info  saytı olaraq xəbər veririk ki, 18-19 yanvar 2019- cu il tarixlərində 20-Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karete üzrə Bakıda beynəlxalq turnir keçirilib .

İdmanın  karate növü üzrə keçirilən turnirdə bir çox ölkələrin idmançıları iştirak edib. Ölkəmizi bu yarışda təmsil edən və sona qədər inamlı mübarizə aparıb bütün rəqiblərinə qalib gələrək qızıl medalı qazanan gənc idmançını sizlərə təqdim etmək istəyirik.

Yaşının 11-olmasına baxmayaraq   uğurlarının ard-ardınca gəlməsi və naliyyətlərinin çoxluğu bu gəncin gələcəkdə tanınmış bir idmançı olmasından xəbər verir. Elə isə bu adı sizdə tanıyın.

Bakı şəhər sakini Əlimehdi Anar oğlu Hüseynov.

Əlimehdi lap kiçik yaşlarından bu idman növü ilə məşqul olur. Bu barədə Əlimehdinin atası Anar Hüseynov məlumat verib. Onun sözlərinə görə, Əlimehdi bir neçə xarici və yerli yarışlarda iştirak edib və nəaliyyətlər qazanıb. Əlimehdi hər dəfə yarışlara, turnirlərə qatılanda söz verir ki, qalib olacaq və verdiyi sözün üstündə durur. Çox sevinirəm ki, dünən Bakıda keçirilən turnirdə də Əlimehdi bizi və müəllimlərini sevindirdi. Beş dəfə tatami üzərinə çıxan Əlimehdi bütün döyüşlərdə qələbə qazanaraq 1-ci yerə layiq görülərək Azərbaycan bayrağını yüksək zirvə qaldırıb himnimizi səsləndirdi. Mənim üçün həyatda bundan gözəl xoşbəxtlik olmaz.

Bizdə İstixəbər.info saytı adından Əlimehdini və ailəsini, karete federasıyasının müəllimlərini bu qələbə münasibəti ilə təbrik edir, ona gələcək yarışlarında uğurlar arzu edirik.

İstixəbər.info İnformasiya Portalı

Baş redaktor:Rəşad Orucoğlu Ağaşirinov

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26