BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

BDU-nun tələbələri Təhsil Nazirliyinə MÜRACİƏT ETDİ…  


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ali məktəblərdə  semestr imtahanları başlayıb. Tələbələrin çoxu  dərs saatlarına  əsasən müəyyən olunmuş qaib limitini aşdıqları üçün imtahana buraxılmayıb.

Onlar bu problemlə bağlı saytımıza üz tutaraq  Təhsil Nazirliyinə müraciət ünvanlayıblar.

REKLAM

Müraciəti olduğu kimi sizlərə təqdim edirik:

“Bu semestr  Bakı Dövlət Universitetində  500-ə  yaxın tələbə qaib limitini aşdığı üçün imtahana buraxılmayıb.  Bildiyimiz kimi, istər Abel Məhərrəmovun, istərsə də onu müvəqqəti olaraq əvəz edən Firudin Qurbanovun fəaliyyəti dövründə  1 fəndən 1 q/b ilə limiti aşan,  həkimdən tibbi arayışı olan   tələbələr çox vaxt  bağışlanırdı. Biz tələbələrin son ümidi bu bağışlanmaya idi. BDU-nun hal- hazırkı rektoru Elçin Babayevdən də belə bir şans gözləyirik. Tələbələr 1 q/b-ın bağışlanması ilə bağlı mütəmadi olaraq rektorluğa müraciət edirlər.  Bizə bildirilir ki: “Məsələnin həlli ilə  bağlı Təhsil Nazirliyindən müsbət cavab gözləyirik”. Cənab Elçin Babayev universitetimizin rektoru olduğu andan etibarən hər zaman tələbələrin yanında olub. Onların hər problemi üçün can yandırıb, lakin bu məsələ birbaşa Təhsil Nazirliyinin qərarından asılıdır…  100-lərlə  tələbə Təhsil Nazirliyindən  müsbət cavab gözləyir. Bir tələbə üçün bir imtahana girmədən kəsilmək faciədir. Tələbələrin çoxu bölgələrdən gəlmədir. Onlar həm dərsə gəlir, həm işləyir, həm oxuyurlar.  1 fəndən kəsildikdə isə  həm  təqaüd almırlar, həm də növbəti il ödəniş edərək semestr boyunca aşağı kurslarla birgə kəsildikləri fənn üzrə  alt qrupda oturmaq  məcburiyyətində  qalırlar.  Beləcə, onların həm təqaüdləri, həm də pul qazanmaq üçün ayırdıqları vaxt  itmiş olur. Hər bir insanın  həyatında, səhhətində gözlənilməz anda gözlənilməz  hal yaşana bilər.

Xahiş edirik, 1 q/b ilə limiti aşan və  həkimdən tibbi arayışı  olan tələbələr bağışlanılsın.  Biz bu problemlə bağlı müsbət qərarın veriləcəyinə inanırıq!”

Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlamağa çalışsaqda telefonlarımıza cavab verən olmadı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26