BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bazar günü iş günü olsun – Fazil Mustafa


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Vətəndaşların ən çox hüquqlarının pozulduğu məsələ xidmət sektorunun bazar günü fəaliyyət göstərməməsi ilə bağlıdır”.

İstixeber.info-nun məlumatına görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, xidmət sektorları bazar günü də fəaliyyət göstərməlidir: “Misal üçün avtomobillərin texniki baxışdan keçirilməsi məsələsi bazar günü rəsmi qaydada həyata keçirilmir. Elə insanlar var ki, onların bunu etmək üçün yalnız bazar günü zamanları var. Belə olan halda onların hüquqları pozulmuş olur. Yaxşı olar ki, tək bu sahədə deyil, eləcə də digər vacib xidmət sektorları bazar günləri çalışsın. Təbii onlara həftənin bir günü istirahət verilməlidir”.

Deputat kredit borcuna görə ölkədən çıxa bilməyən insanların hüquqlarının bərpa olunması təklifi ilə çıxış edib.\sonxeber.az

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26