BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bayrağımız Qürur Mənbəyimizdir! Yevlaxda Bayraq günü təntənəli şəkildə keçirildi – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlax şəhər İcra Hakimiyyətinin və YAP Yevlax şəhər təşkilatının birgə təşkil etdiyi Bayraq günü tədbiri Yevlax şəhərində musiqi sədaları altında Avto yürüşlə başladı.

İstixəbər.info xəbər verir ki, avotomobil karvanı Yevlax şəhəri ərazisində dövrə vuraraaq bayram əhval ruhiyəsi yaratmsı insanlar tərəfindən böyük rəğbətlə qarşılandı. Şəhərin mərkəzi Heydər Əliyev prospekti boyunca isə gənc Şahinlərdən ibarət komanda böyük Azərbaycan bayrağı ilə yürüşə xüsusi gözəllik verdi. Şəhər əhalisi, Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov, İdarə müəssə rəhbərləri və gənc fəallar yürüşə qoşuldular. Şəhərin mərkəzi meydanına qədər davam edən yürüş ulu öndər Heydər Əliyevin abidəsi qarşısında başa çatdırıldı. Yürüş iştirakçılarını şəhər əhalisindən ibarət böyük izdiham qarşıladı. Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Bayraq Günü münasibəti ilə əhalini təbrik etdi. Sonda xatirə şəkili çəkdirildi.

Tədbirdən fotoları sizlərə təqdim edirik

İstixəbər.info İnformasiya Portalı Yevlax 2018-ci il

Sənan Şəmkirli

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26