BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

BATE – “QARABAĞ” OYUNUNUN HAKİMLƏRİ MÜƏYYƏNLƏŞİB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda keçiriləcək BATE – “Qarabağ” matçının hakimləri müəyyənləşib. 

İstixəbər.info xəbər verir ki, qarşılaşmanı latviyalı hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Andris Treymanis olacaq. Ona yan xətt hakimləri Haralds Qudermanis və Alekseys Spasjonnikovs köməklik göstərəcək. Dörüdüncü hakim funksiyasını isə Aleksandrs Qolubevs yerinə yetirəcək.

Qeyd edək ki, BATE – “Qarabağ” matçı avqustun 14-ü “Borisov Arena”da baş tutacaq. Sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bu komandalar arasında Bakıda keçirilən ilk oyun Belarus klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26