BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Balakəndə ana və 11 yaşlı oğlunu maşın vurub


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Günorta saatlarında Balakən şəhərinin Heydər Əliyev prospektində piyadavurma hadisəsi baş verib.

İstixəbər.info-un “Report”a istinadən məlumatına görə, rayonun Gərəkli kənd sakinləri – 1976-cı il təvəllüdlü Nailə Cəlal qızı Güliyeva 11 yaşlı oğlu Abdulla Rüfət oğlu Güliyev ilə yolu keçmək istəyən zaman “VAZ-21099” markalı minik avtomobili onları vurub.

Hadisədən sonra N.Güliyeva və oğlu Abdulla Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Balakən MRX-dan “Report”a bildirilib ki, Nailə Güliyevaya başın təpə nahiyəsinin əziyi və hər iki dizin zədəsi, oğlu Abdullaya isə sol bud sümüyünün orta üçdəbirinin qapalı qəlpəli sınığı və hər iki dizin zədəsi dioqnozu qoyulub. Ana və oğulun müalicəsi xəstəxananın Cərrahiyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26