BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakıda qardın ərini ürəyindən bıçaqladı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakıda ərini bıçaqlamaqda təqsirləndirilən Bilqeys Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

İstixeber.info “Ölkə.Az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 22-nə təyin olunub.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu, A.Kunanbıyov küçəsi 4, mənzil 89-da qeydə alınıb. Həmin ünvanda yaşayan Bayram Quliyev döş qəfəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.
İlkin araşdırma zamanı Bayram Quliyev xəsarəti evdə yıxılaraq aldığını deyib. Lakin araşdırma zamanı müəyyən edilib ki, Bayram Quliyevə həmin xəsarəti ailə münaqişəsi zəminində həyat yoldaşı, 1994-cü il təvəllüdlü Bilqeys Quliyeva yetirib. Qadın bıçağı ərinin ürəyindən sancıb.
Faktla bağlı Binəqədi rayon Polis idarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26