BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakıda məktəbliləri daşıyan avtobus qəzaya düşdü — YARALILAR VAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün saat 07:45 radələrində Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb.

İstixəbər.info xəbər verir ki, qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. Onlardan 2 şagird və 2 valideyn daha ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib. 1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəza zamanı xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstaxanasına və Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata əsasən, nəqliyyat vasitəsi valideynlərin təşəbbüsü ilə Qobu qəsəbəsindən 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, İdarənin əməkdaşları xəstəxanada olub, xəsarət almış şagirdlərin vəziyyəti ilə maraqlanıblar. Aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, əlavə məlumat veriləcək.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26