BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakıda FACİƏ: Şagird özünü məktəbin binasından yerə atdı (YENİLƏNİB)


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb.

İstixeber.info Report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 8-ci sinif şagirdi Y.Hacıyeva təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zamanı yeniyetmənin əlində kəsici alət də olub.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

***13:25

“162 nömrəli tam orta məktəbdən verilmiş məlumata əsasən, VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılıb”. 

Bunu İstixeber.info-ya Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdən məlumat verilib.

Bildirilib ki, şagirdin ailəsində müəyyən problemlər mövcuddur.

Hazırda şagird 1 saylı Şəhər Klinik Xəstaxanasına  yerləşdirilib. Şagirdin ayağında sınıq var.

Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26