BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakıda dəhşətli hadisə: Evi yanan kişi ürək tutmasından dünyasını dəyişdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Müşfiq qəsəbəsində evi yanan vətəndaş öldü.

İstixəbər.info xəbər verir ki, 16 noyabr 2018-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Qaradağ rayonu Müşfiq qəsəbəsində yanğın hadisəsi baş vermişdir. Yanğın bir mərtəbəli evdə baş verib. Yanğının soyuducudan baş verdiyi məlum olub. Ev sahibi Mehman adlı şəxs yanğını söndürməyə çalışsada ev tamamı ilə əşayaları ilə birlikdə yanaraq kül olmuşdur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib yanğının digər evlərə keçməsinin qarşısını almışdır. Evi yanan Mehman adlı şəxs evinin yanaraq kül olmasını görüb, ürək tutmasından dünyasını dəyişmişdir.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26