BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakıda 7-ci sinif şagirdi məktəbdə öldü


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün 18:00 radələrində Xəzər rayonu 26 nömrəli tam orta məktəbdə ölüm hadisəsi baş verib. 

İstixəbər.info xəbər verir ki, həmin məktəbdə 125 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi dünyasını dəyişib.

Məktəbin həkimi həmin vaxt orada olmayıb. İdman müəllimi isə ilk tibbi yardım göstərə bilməyib. Vəfat edən şagird ailənin tək övladı olub.

26 nömrəli tam orta məktəbdən bildirilib ki, məktəbin Teymur adlı idman müəllimi evə gedərkən qohumu Məmmədağa Zeynalovun halsız olduğunu görüb və onu özü ilə birlikdə məktəbə gətirib:

“Dünyasını dəyişən şəxs ürək əməliyyatı keçirib və epilepsiya xəstəliyindən əziyyət çəkib. Teymur müəllim hadisə zamanı ona ilkin tibbi yardım göstərmək istəyib. Poliklinikada çalışan yoldaşına zəng edib. Uşağa dərhal ilkin yardım göstərilib. Təəssüf ki, təcili tibbi yardım gələnədək uşaq vəfat edib”.

Məlumatda qeyd edilib ki, dünyasını dəyişən şagird Xəzər rayonu 125 nömrəli məktəbdə oxuyub. O, 26 nömrəli məktəbdə dərs deyən idman müəlliminin xalası nəvəsidir./Azvision.az

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26