BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Tofaş” yolda dayanan “Kamaz”a çırpıldı.

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

İstixəbər.info saytı İstiPress-in Şimal bürosuna istinad edərək bildirik ki, məlumatına görə, Şabran sakini, 25 yaşlı Hüseynağa Əhmədovun idarə etdiyi “Tofaş” markalı avtomobil Bakı istiqamətinə gedərkən yolun 113-cü km-də Sumqayıt  şəhər sakini Mikayıl Abdullayevin idarə etdiyi  “Kamaz”la toqquşub.

Nəticədə “Tofaş”ın sərnişini, 26 yaşlı Şabran sakini Seymur Qəniyev hadisə yerindəcə ölüb. Onun avtomobildə sıxılıb qalmış meyitini hadisə yerinə çağrılan FHN-nin xilasediciləri çıxarıb.

Hadisə yerində işləyən Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Azad Əliyev İstiPress-ə bildirib ki, “Tofaş”avtomaşını yolun kənarında nasaz halda dayanan “Kamaz”markalı yük avtomobilinin arxa hissəsinə zərblə çırpılıb. Hadisənin səbəbləri araşdırılır, fakta görə cinayət işi açılıb.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26